5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Biz sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Fidan

24 Fevral 2025 14:15
Biz sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Fidan

Bakı, AzerVoice

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar yolu ilə sülhün bərqərar olması üçün Türkiyənin hər cür dəstəyə və vasitəçiliyə hazır olduğunu bildirib.

AzerVoice xəbər verir ki, O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında çıxış edərək, Türkiyə və Rusiyanın ikitərəfli və beynəlxalq məsələlərdə əməkdaşlığını daha da gücləndirməyi hədəflədiyini vurğulayıb.

Fidan, müharibənin qlobal təsirlərinə diqqət çəkərək, sülh üçün tərəfləri İstanbulda masa arxasında bir araya gətirdiklərini və bu istiqamətdə diplomatik səyləri davam etdirdiklərini qeyd edib. O, ABŞ-ın irəli sürdüyü yeni təşəbbüsə də toxunaraq, danışıqlar yolu ilə həll yolunun tapılmasını dəstəklədiklərini bildirib.

Suriyadakı vəziyyətə də toxunan nazir, ölkədə sabitlik və firavanlıq üçün ümidverici addımların atıldığını qeyd edib. O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və terror təşkilatlarına qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Nazir Qəzzadakı vəziyyətin müzakirə edildiyini, atəşkəsin daimi olması və İsrailin İordan çayının qərb sahilindəki addımlarının dayandırılmasının vacibliyini vurğulayıb.

“Yeni soyqırıma heç vaxt yol verilməməlidir. Fələstinlilərin zorla köçürülməsi qəbuledilməzdir və uğursuzluğa məhkumdur. İsrailin Fələstində, Livanda və Suriyada təcavüzünü dayandırması üçün beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe tutması vacibdir,” – deyə Fidan qeyd edib.

Məqalədə: #Türkiyə #Rusiya #Qəzza zolağı #Hakan Fidan #Ukrayna #Rusiya-Ukrayna münaqişəsi #Türkiyənin diplomatik dəstəyi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.