5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk ordusu inventarını ALTAY tankları ilə genişləndirir

24 Fevral 2025 19:57
Türk ordusu inventarını ALTAY tankları ilə genişləndirir

Bakı, AzerVoice

Türkiyədə ilk kütləvi istehsal edilən Altay tankları bu il orduya təhvil veriləcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Naziri Haluk Görgün məlumat verib.

"Bu il 3 tank təhvil verdikdən sonra gələn il 11, daha sonra 41 və ondan sonraki il isə 30 tank tədarük edəcəyik.Beləliklə, tədarük sayısı cəmi 85 tank təşkil edəcək”, - deyə məlumatda qeyd olunub.

Görgün 2028-ci ilə qədər ümumilikdə 165 tankın tədarük ediləcəyini bildirib.

Görgün, Türkiyənin quru döyüş texnikası sahəsində dünyada önəmli bir yerə sahib olduğunu və indiyə qədər təxminən 50 ölkəyə 4 500-dən çox zirehli texnika tədarük edildiyini qeyd edib.

“400-dən 1500-ə qədər at gücünə sahib olan, Altay tankında istifadə ediləcək BATU mühərriki zavodlarımızda dizayn edilir və istehsal olunur. Bu mühərrik və gücötürmə sistemləri sayəsində quru döyüş texnikalarında yerli istehsal olunan mühərriklərdən və gücötürmə sistemlərindən istifadə edəcəyik. Yerli və milli istehsal səviyyəsini artırmaq istiqamətində işlərimiz davam edir. Xarici asılılığı minimuma endirmək və lazım gəldikdə öz ehtiyaclarımızı özümüz qarşılamaq prinsipi ilə irəliləyəcəyik”,- deyə Haluk Görgün qeyd edib.

Qeyd edək ki, Altay tankı səbirsizliklə gözlənilən yüksək texnologiyalı bir layihədir. Bu layihənin təşkilində 600-dən çox ARO və BSE kimi şirkətlər işləyir, KETSAN və HAVELSAN şirkətləri birlikdə işləyirlər. Tank əməliyyat qabiliyyəti baxımından nəzərə alındıqda atəş gücü, komanda və nəzarət, eləcə də köməkçi sistemləri ilə bir çox yüksək texnologiyalı alt sistemlərdən ibarətdir.
Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #Haluk Görgün #Türkiyə Müdafiə Sənayesi İdarəsi #Altay tankı #BATU mühərriki #Türkiyədə yerli mühərrik istehsalı #Türkiyənin zirehli texnika ixracı #Türkiyədə milli hərbi texnologiyalar #Yerli və milli istehsal səviyyəsi #Xarici asılılığın azaldılması #Zirehli texnika istehsalı

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.