8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankarada Aviasiya liseyi yaradılacaq

25 Fevral 2025 16:13
Ankarada Aviasiya liseyi yaradılacaq

Bakı,AzerVoice

Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ankara Kosmos və Aviasiya İxtisaslaşdırılmış Sənaye Zonasında ölkənin ən keyfiyyətli aviasiya liseyinin yaradılacağını bildirib.

AzerVoice xəbər verir ki, nazir Kacır çıxışında, Türkiyənin artıq aviasiya sahəsində qlobal səviyyədə söz sahibi olduğunu qeyd edərək Bayraktar, AKINCI, KIZILELMA, ANKA və AKSUNGUR kimi silahlı pilotsuz uçuş aparatları ilə dünya liderlərindən birinə çevrildiyini bildirib. Eyni zamanda, ölkənin beşinci nəsil döyüş təyyarəsi KAAN, öz təlim təyyarələri və helikopterlərini istehsal etmə gücünə malik olduğunu əlavə edib.

“Qlobal aviasiya nəhənglərinin istehsal və təchizat zəncirində rolumuz getdikcə güclənir. Ötən il aviasiya sahəsində 1 milyard dollar ixrac həcminə və 10 milyard dollar müqavilə dəyərinə çatdıq. 7 milyard dollardan çox olan müdafiə və aviasiya ixracımıza töhfə verdik. Sərnişin təyyarələrində türk mühəndis və texniklərinin izini görmək qürurvericidir,” – deyə Kacır bildirib.

Kacır həmçinin təyyarə mühərriklərinin istehsalında Türkiyənin son illərdə böyük irəliləyiş əldə etdiyini qeyd edib.

O, bu nailiyyətlərin kollektiv komanda işi sayəsində əldə edildiyini vurğulayıb və Türkiyənin Avropanın müdafiə və aviasiya sahəsində yüksələn ulduzu olduğunu bildirib.

Nazir, ölkənin müstəqilliyini təmin edəcək kosmos limanı layihəsinin həyata keçiriləcəyini və 2035-ci ilə qədər 1,8 trilyon dollara çatacağı proqnozlaşdırılan qlobal kosmos iqtisadiyyatında Türkiyənin payını artırmağı planlaşdırdıqlarını bildirib.

Məqalədə: #Türkiyə #Mehmet Fatih Kacır #Türkiyə Sənaye və Texnologiya Nazirliyi #Ankara #AKSUNGUR #ANKA PUA #Bayraktar AKINCI #KIZILELMA

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.