5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadə və Ömər Seyfəddini yad edib

6 Mart 2025 18:44
Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadə və Ömər Seyfəddini yad edib

Bakı, AzerVoice

Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, vəfatlarının ildönümündə Ömər Seyfəddin və Məhəmməd Əmin Rəsulzadəni yad edib.

AzerVoice xəbər verir ki, bu haqda Yalçın Topçunun verdiyi açıqlamada deyilir.

"Milli ədəbiyyatımızın öncüllərindən Ömər Seyfəddini və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni rəhmət, ehtiram və minnətlə anırıq" - deyə Yalçın Topçu bildirib və sözlərini belə davam etdirib:

6 Mart - millətimizin iki böyük övladının vəfatının ildönümüdür!..

"Bu millət alim deyil, amma arifdir. Bu irfanı sayəsində bir çox şeyi oxumuşlardan daha yaxşı fərq edir və bilir." - deyən, milli və mənəvi dəyərlərimizi önə çıxaran əsərləri ilə könüllərdə taxt quran, milli ədəbiyyatımızın qurucularından, milli mübarizəmizin simvol isimlərindən, şair, yazıçı, əsgər, baytar və müəllim Ömər Seyfəddindir.

Ömər Seyfəddin demişdi ki, Türklüyə qəsd edən düşmənlər, xain niyyətlərinə xidmət etmək üçün həmişə milliyyətsiz, istəkləri ilə yaşayan, müqəddəsatı tanımayan, əsaslarını inkar etmiş varlıqları axtarıb tapırlar. Onun bu sözlərinin bu gün də nə qədər aktual olduğunu həyatın hər sahəsində görürük. Onun "Qorxma, sən Türksən! Türklər heç vaxt, heç yerdə, heç nədən qorxmazlar!" və "Bir millətin təbii sərhədləri dağlar və çaylar deyil. O millətin lisanı və dini sərhədləridir." sözlərini daim xatırlayaraq, ölkəmiz və bütün coğrafiyamız üçün imperialist və sionist ittifaqa və onların piyonlarına qarşı sinəmizi sipər edirik!..

Milli ədəbiyyatımızın öncüllərindən, fikir adamı Ömər Seyfəddini vəfatının ildönümündə rəhmət, ehtiram və minnətlə anırıq.

İkincisi...

"Sən bizimsən, bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" - hayqırtısı və "Bir dəfə yüksələn bayraq, bir daha enməz!" sözlərinin haqqını verən Can Azərbaycanın qəhrəman xalqı, Azərbaycan torpağı Qarabağı erməni işğalından azad etmişdir.

Böyük Atatürk ona, 28 may 1918-ci ildə göndərdiyi mesajında: "Mən dünyaya səndən üç il əvvəl göz açmışam. Ancaq Türk aləmində Türkün bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. 'Enməz!' demisən bu bayraq, enməyəcəkdir!" - deyə yazdığı, Türk dünyasının böyük övladı Məhəmməd Əmin Rəsulzadə, 6 mart 1955-ci ildə vəfat etmiş, məzarı Ankarada, Cəbəci Asri məzarlığındadır. Onu hörmət, rəhmət və minnətlə anırıq.

Məqalədə: #Türkiyə #Yalçın Topçu #Ömər Seyfəddin #Məhəmməd Əmin Rəsulzadə

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.