5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Uludağda bağlanmış oteldə yanğın baş verib

27 Mart 2025 15:10
Uludağda bağlanmış oteldə yanğın baş verib

BAKI,AzerVoice

Türkiyədə Uludağda turizm lisenziyası olmadığı üçün yanvar ayında bağlanmış oteldə baş verən yanğında 2 nəfər həyatını itirib,hadisənin araşdırılması üçün genişmiqyaslı istintaq başladılıb.

AzerVoice xəbər verir ki, Bursa şəhərinin Uludağ bölgəsində yerləşən və lisenziyası olmadığı üçün bağlanmış oteldə yanğın baş verib.

Hadisə zamanı binada olan 12 nəfərdən xizək təlimatçısı Yəhya Usta və onun oğlu, milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənərək dünyasını dəyişib. Yanğın baş verən anda binada işləyən və xizək kurortuna bağlı olan şəxslərin olduğu bildirilib. Xəbərdarlıqdan dərhal sonra yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bursa Böyükşəhər Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsi yanğının yerli vaxtla saat 05:29-da qeydə alındığını və cəmi 3 dəqiqə ərzində müdaxilə edildiyini açıqlayıb. Yanğınsöndürmə işlərinə 25 texnika və 60 nəfərlik heyət cəlb olunub. Lakin hadisə zamanı xizək kurortu sahiblərinin yaşadığı otelin beşinci mərtəbəsində yanğından xilas olmaq mümkün olmayıb. Yəhya Usta, onun həyat yoldaşı Fikriyə və oğlu Berkin Usta tüstüdən təsirlənərək huşsuz vəziyyətdə tapılıb. Təcili tibbi yardıma baxmayaraq, Yəhya Usta və oğlu Berkin Usta dünyasını dəyişib.

Bursa Respublika Baş Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb və ekspertiza təyin edilib. Hadisə yerinə prokuror göndərilib, yanğının səbəblərinin araşdırılması üçün mexaniki-elektrik mühəndisi və yanğınsöndürmə üzrə mütəxəssislərdən ibarət 5 nəfərlik ekspert qrupu işə cəlb olunub.

Qeyd edək ki, Berkin Usta Türkiyənin tanınmış milli xizəkçisi olub və 2022 Pekin Qış Olimpiya Oyunlarında ölkəsini təmsil edən idmançılardan biri idi. 2017-ci ildə Avropa Gənclər Qış Olimpiya Festivalında çıxış edən Usta, 2021-ci ildə FIS Anadolu Kubokunda gümüş medal qazanmışdı. Yanğından bir gün əvvəl o, Uludağdan sosial media hesabında video paylaşmışdı.

Məqalədə: #Türkiyə #yanğın #Bursa #Türkiyədə kurort zonasında yanğın

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.