Bakı, VOA:
Türkiyədə səkkiz ay öncə qarın nahiyəsində dəri toxuması formalaşmadan dünyaya gələn Beyza Aksu adlə körpə, süni dəri transplantasiyası və digər müalicələrin uğurlu tətbiqi nəticəsində sağlamlığına qovuşdu.
VOA xəbər verir ki, Beyzanın qarın nahiyəsindəki dəri toxumasının bir hissəsinin ana bətnində olarkən onu əhatə edən amniotik pərdəyə yapışması nəticəsində inkişaf etmədiyi aşkar edilib.
Həkimlər insan toxumasına uyğun olan sığır kollagenindən istehsal edilən suni dərini körpənin qarın dərisi toxumasına köçürüblər.
Qeyd edək ki, qarın nahiyəsindəki dəri toxuması inkişaf etmədiyi üçün körpənin həyati əhəmiyyət daşıyan daxili orqanları soğan qabığı nazikliyində pərdə ilə örtülü olub.
Həkimlər "Qarın nahiyəsində sol tərəfin dərisi qəti şəkildə yaxınlaşmadı, ona görə əməliyyat zamanı buranı təmizləyib süni dəri qoyduq. Bu işi uğurla bitirə bilməsəydik körpəni itirəə bilərdik. Dalaq və qaraciyər kimi çox ciddi orqanların üstündə dəri əmələ gəlmədiyi üçün hamısı çöldə idi. 21 illik təcrübəmdə heç vaxt belə bir halla rastlaşmadım." - deyə əlavə ediblər.