5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə kriptovalyuta sektoruna yeni qaydalar gəlir

20 İyun 2024 11:15
Türkiyədə kriptovalyuta sektoruna yeni qaydalar gəlir

Bakı, VOA

Türkiyə Böyük Millət Məclisinin Qurban bayramından sonra ilk işi “kriptovalyuta” bazarının tənzimlənməsi olacaq.

VOA xəbər verir ki, tənzimləmənin ən mühüm məqsədi kriptovalyuta bazarında şəffaflığı artırmaq və investorları qorumaqdır. Bu çərçivədə qaydalara tabe olmayan platformalara ağır sanksiyalar tətbiq olunacaq.

Yeni qaydalara əsasən bu işlə məşğul olan şirkətlər üçün nizamnamə kapitalı tələbi tətbiq ediləcək. Beləcə həm investorlar qorunacaq, həm də bu şirkətlərə qarşı bir sıra sanksiyalar tətbiq olunacaq.

Kriptovalyuta istifadəçiləri ilə münasibətlərin necə qurulacağı və onların necə müəyyən ediləcəyi də qanunla tənzimlənəcək.

Qaydaya əsasən, bu sektorda Kapital Bazarları Qurumunun (SPK) icazəsi ilə fəaliyyət göstərməyə icazə veriləcəkdir. SPK, həmçinin kriptovalyutaların emissiyası, satışı və paylanması üçün səlahiyyətli qurum hesab olunacaq. Həmçinin, bütün köçürmə əməliyyatlarının qeydiyyatı aparılacaqdır.

Qeyd edək ki, Türkiyədə 12 milyon insanın kapital bazarlarında balans hesabı var.

Onu da əlavə edək ki, yeni qaydalar bazar saxtakarlığı, bazarı təhrif edən hərəkətlər və məlumatdan sui-istifadəyə görə cəzaları da müəyyən edəcək. Bu çərçivədə 246 min türk lirəsi ilə 6 milyon lirə arasında inzibati cərimələr tətbiq olunacaqdır.

Türkiyədə kriptovalyuta sektoruna yeni qaydalar gəlir
Məqalədə: #Türkiyə #kriptovalyuta #qanun #kapital bazarı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.