Bakı, VOA
Türkiyənin 27 vilayətində həyata keçirilən Sibergöz-47 əməliyyatları zamanı hesablarında əməliyyat həcmi 21 milyard TL olan 38 şübhəli yaxalanıb.
VOA xəbər verir ki, Mersin, Ağrı və Antalya əsas mərkəz olmaqla 27 şəhərdə Türkiyə Respublikasının 7258 saylı qanunun tələblərinin pozulması ilə bağlı əməliyyat həyata keçirilib.
"Futbol və Digər İdman Yarışlarında Mərc və Şans Oyunlarının Təşkili haqqında Qanuna Müxalifət, cinayət törədilməsi məqsədi ilə təşkilat qurmaq və cinayət nəticəsində əldə edilmiş əmlakın yuyulması” ölkə qanunvericiliyinə görə cinayət sayılır.