Bakı, AzerVoice
Qurulmasının 142-ci ildönümünü qeyd edən İstanbul Ticarət Palatası (İTO) 800 min üzvü ilə Parisdən sonra dünyanın ikinci ən böyük palatası oldu.
AzerVoice xəbər verir ki, bu haqda İTO açıqlama verib. Açıqlamua görə İstanbul özəl sektorunun ən böyük biznes şəbəkəsi və Türkiyənin ən böyük palatası olan İTO 800 mininci üzvünü qeydiyyata alıb.
İTO İdarə Heyətinin sədri Şekib Avdagiç palatanın 800 mininci üzvü olan "Tetra Stratejik Bilgi Çözümleri ve Danışmanlık Limited" şirkətinin üzvlük sertifikatını şirkət ortaqları Büşra Koç və Sevil Ünal Doğana təhvil verib.
İTO prezidenti Şekib Avdagiç bəyanatda, İTO-nun gücünü öz üzvlərini daha çox sərmayə, daha çox ixrac və daha çox məşğulluğa təşviq etməyə yönəltdiyini bildirdi.
“Bizim Türkiyəyə, üzvlərimizə, şəhərimizə qarşı məsuliyyətimiz var. Məsuliyyətimizin ilk addımı qeyd-şərtsiz istehsaldır və bunun həyata keçməsini təmin etməkdir. Türkiyə istehsalla böyüyəcək, sayı artan şirkətlərimizlə böyüyəcək, dünyaya açılan şirkətlərimizlə böyüyəcək. İTO 142 ildir bunu edir və 1882-ci ildə başlayan yoluna 800 min şirkətlə davam edir. 800 min üzvü ilə Türkiyə iqtisadiyyatını dünyanın aparıcı iqtisadiyyatları sırasına çıxarmaq üçün üzərinə düşən məsuliyyətin şüuru ilə çalışır”.