6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədəki Fransız məktəblərinə məhdudiyyətlər qoyulub

12 Avqust 2024 12:51
Türkiyədəki Fransız məktəblərinə məhdudiyyətlər qoyulub

Bakı, AzerVoice

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) ölkədə təhsil verən Şarl de Qoll və Pierre Loti Fransız məktəblərinin hüquqi statusu ilə bağlı yeni açıqlama verilib.

AzerVoice xəbər verir ki, şənbə günü Təhsil Nazirliyinin rəsmi saytında dərc olunan press-relizdə, “2024-cü il Yanvarın 1-dən etibarən 2024-2025-ci tədris ili və sonrasını əhatə edəcək şəkildə Şarl De Qoll və Pier Loti məktəblərinin bağça siniflərinə və birinci siniflərinə yeni türkiyəli şagird qəbul edilməyəcək və eyni zamanda ara siniflərə də yeni şagird alınmayacağı”,- deyilir.

Açıqlamada bildirilib ki, məktəb daxilində nazirlik tərəfindən təyin edilmiş məsul şəxslərin yerləşəcəyi ofis açılacaq və bu məktəblərin tədris prosesinə “dövlətimizin digər aidiyyəti qurumları” tərəfindən nəzarət və təftiş aparılacaq.

Eyni zamanda, 2024-cü ilin yanvar ayından etibarən iki məktəbdə qeydiyyatı olan hazırkı türkiyəli tələbələrin siyahısının Təhsil Nazirliyi ilə paylaşılacağı və “Türk dili, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixi və coğrafiyası” dərslərinin Nazirlik tərəfindən təyin olunan türk müəllimlər tərəfindən veriləcəyi qeyd edilir.

Bundan əlavə, “Fransada yaşayan türk tələbələr üçün “türkcə” təhsilinin də yer aldığı hərtərəfli əməkdaşlıq müqaviləsi üzərində işləməyə başlanması” ilə bağlı danışıqların davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyədə təhsil verən iki məktəbin hüquqi statusu ilə bağlı Milli Təhsil Nazirliyi ilə Fransa səfirliyi arasında yaranan fikir ayrılığı böhrana çevrilib. Belə ki, MEB Türkiyədə təhsil verən Fransa səfirliyinə bağlı Şarl de Qoll və Pierre Loti məktəblərində yeni türk tələbələrin qeydiyyatının aparılmayacağını bildirmişdi.

Ankaradakı Şarl de Qoll liseyi və İstanbuldakı Pyer Loti liseyi Fransanın Türkiyədəki səfirliyinə bağlı iki məktəbdir.

Hər iki məktəb birbaşa Fransa Milli Təhsil Nazirliyi və Xaricdə Fransız Təhsili Agentliyi (AEFE) tərəfindən idarə olunur. Məktəbin təhsil qərarları birbaşa AEFE tərəfindən qəbul edilir və onlara nəzarət edilir.

İki fransız məktəbinin Türkiyədən rəsmi icazəsi yoxdur. Belə olan halda heç bir məktəb Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq tanınmır. Tərəflər arasında mübahisə də bu məqamda başlayır.

Dekabr ayında Təhsil Nazirliyi ilə Fransa səfirliyi arasında keçirilən görüşlərdən sonra mətbuatda Türkiyə vətəndaşı tələbələrin 2024-cü ilin əvvəlindən iki Fransız məktəbinə artıq qəbul olunmayacağına dair xəbərlər yer alıb.

Türkiyədəki Fransız məktəblərinə məhdudiyyətlər qoyulub
Məqalədə: #Türkiyə #Fransa məktəbi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.