Bakı,AzerVoice
Türkiyənin Ankara şəhərində qanunsuz silah alveri ilə məşğul olan beş nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, təhlükəsizlik qrupları, silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupa eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat zamanı 16 qanunsuz avtomat silah, 28 müxtəlif çaplı tapança, 62 maqazin və 1350 patron götürülüb.
Əməliyyatlar zamanı nəzarətə alınan beş şübhəli polisə aparılıb.