Bakı, AzerVoice
Yanvar-iyul ayları arasında Türkiyənin Şərqi Qara dəniz bölgəsinin balı ABŞ başda olmaqla 11 ölkəyə ixrac edilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Şərqi Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Saffet Kalyoncu məlumat verib. O bildirib ki, 7 ay ərzində bölgədən 335 ton bal ixrac olunub.
İxracdan 1 milyon 411 min 504 dollar gəlir əldə edildiyini bildirən Kalyoncu, "ABŞ 665 min 390 dollarla birinci yerdədir. ABŞ-ı 376 min 367 dollarla Almaniya, 154 min 53 dollarla Səudiyyə Ərəbistanı izləyir. Həmçinin, bu dövrdə bölgədən Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Qatar, Oman, Azərbaycan, Banqladeş, Belçika və İngiltərəyə də bal ixrac edilib," deyə qeyd edib.
Balın bölgənin əhəmiyyətli ixrac məhsullarından biri olduğunu vurğulayan Kalyoncu, Türk balının dünya bazarlarında keyfiyyəti ilə marka halına gəlməsinin vacib olduğuna və bal ixracatının yaxın günlərdə daha da yüksələcəyinə inandıqlarını bildirib.