4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin pilotsuz döyüş təyyarəsi KIZILELMA TEKNOFEST-də

28 Aprel 2025 15:38
Türkiyənin pilotsuz döyüş təyyarəsi KIZILELMA TEKNOFEST-də

BAKI, AzerVoice

Türkiyənin müdafiə sənayesinin ən önəmli layihələrindən biri olan KIZILELMA pilotsuz döyüş təyyarəsi Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçiriləcək TEKNOFEST tədbirində nümayiş olunacaq.

AzerVoice xəbər verir ki, Baykar şirkəti tərəfindən hazırlanan KIZILELMA pilotsuz döyüş təyyarəsi Çorlu Hava Limanından havalanaraq Geçitkale Hava Limanına enəcək.

Bu uçuş KIZILELMA üçün indiyə qədərki ən uzun məsafəli və tarixi uçuş hesab edilir.

KIZILELMA hazırda Türkiyənin ən sürətli pilotsuz uçuş platformasıdır və müxtəlif konfiqurasiyalarda hava-hava missiyaları, yer hücum əməliyyatları kimi geniş diapazonlu tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Müdafiə sənayesi mütəxəssisi Kadir Doğan bildirib ki, KIZILELMA gələcəkdə pilotlu təyyarələrlə birlikdə fəaliyyət göstərərək hava üstünlüyünün əldə olunmasında mühüm rol oynayacaq.

Mütəxəssis, həmçinin qeyd edib ki, missiya radiusu min kilometrə çatan KIZILELMA-nın KKTC-yə uçuşu təkcə texniki uğur deyil, eyni zamanda siyasi mesaj daşıyır. Xüsusilə KKTC-də yaradılacaq potensial hava bazasının Türkiyənin Suriyaya və İsrailə yaxın bölgələrdə operativ imkanlarını gücləndirəcəyi vurğulanıb.

Kadir Doğan bildirib ki, bu uçuş təkcə Cənubi Kiprə deyil, İsrailə də ciddi mesaj verir. Belə ki, KIZILELMA-nın Şərqi Aralıq dənizində aktivliyi, Türkiyənin regiondakı təsir imkanlarını nümayiş etdirir.

Qeyd edək ki, Türkiyə bayrağının dalğalandığı hər bölgədə sülhə, təhlükəsizliyə və sabitliyə xidmət etməyi əsas prioritet hesab edir. Bu baxımdan, KIZILELMA-nın KKTC-yə tarixi uçuşu gərginlik yaratmaq məqsədi daşımır, sadəcə olaraq mövcud imkanların nümayiş etdirilməsi kimi qiymətləndirilir.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #KKTC #Baykar #KIZILELMA #Teknofest #TEKNOFEST Şimali Kipr 2025 #Türkiyə hava üstünlüyü #Türkiyə pilotsuz döyüş təyyarəsi #Baykar KIZILELMA nümayişi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.