8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

HAVELSAN TEKNOFEST KKTC-də texnologiya ilə gələcəyi bir araya gətirir

2 May 2025 14:17
HAVELSAN TEKNOFEST KKTC-də texnologiya ilə gələcəyi bir araya gətirir

BAKI, AzerVoice

HAVELSAN texnologiyaları TEKNOFEST KKTC-də böyük maraqla qarşılanır.

AzerVoice xəbər verir ki, Türkiyənin qabaqcıl texnologiya şirkəti HAVELSAN, Kiprdə keçirilən TEKNOFEST KKTC çərçivəsində paraşüt və atıcılıq simulyatorları da daxil olmaqla bir sıra interaktiv texnoloji təcrübələri ziyarətçilərə təqdim edir.

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı – TEKNOFEST, bu il Şimali Kipr Türk Cümhuriyyətində keçirilir. Festival KKTC Prezidentliyinin himayəsi altında, Türk Texnologiya Komandası Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə, köhnə Ercan Hava Limanında reallaşır.

HAVELSAN stendində paraşüt və atıcılıq simulyatorları, süni intellekt seminarları və mühəndislik atelyeləri ilə gənclərə, uşaqlara və hətta yaşlılara texnologiya ilə tanış olmaq imkanı yaradılıb. Şirkətin baş direktoru Mehmet Akif Nacar Kiprdə olmaqdan məmnunluğunu ifadə edərək, “TEKNOFEST yalnız texnologiyanın deyil, həm də vətənə sədaqətin nümayiş olunduğu bir platformadır.” - deyə bildirib.

Nacar həmçinin Kiprdə sahil təhlükəsizliyi layihəsinin həyata keçirildiyini və bu sistemin dəniz qaçaqmalçılığı, tullantılar və digər risklərin qarşısını almağa xidmət etdiyini vurğulayıb. Bundan əlavə, HAVELSAN-ın KKTC Prezident Kompleksinin təhlükəsizlik sistemlərini, üz tanıma və avtomobil nişan oxuma texnologiyalarını təmin etdiyi bildirilib.

Kipr universitetlərində təhsil alan beynəlxalq tələbələrin potensialına diqqət çəkən Nacar, TEKNOFEST çərçivəsində bu insan resursunu texnologiya və sahibkarlıq sahələrinə yönəltmək istiqamətində danışıqların aparıldığını bildirib.

Qeyd edək ki, TEKNOFEST KKTC 4 may tarixinə qədər ziyarətçilərin ixtiyarında olacaq. Tədbirdə iştirak ödənişsizdir, lakin 7 yaşdan yuxarı şəxslər üçün qeydiyyat zəruridir. Ziyarətçilər festival ərazisinə hər gün saat 09:00-dan 19:00-a qədər daxil ola bilərlər.

Məqalədə: #Türkiyə #Süni intellekt #HAVELSAN #KKTC #Şimali Kipr Türk Respublikas #texnologiya #kosmos #Aviasiya təhlükəsizliyi #TEKNOFEST Şimali Kipr 2025

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

7 Sentyabr 20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir

7 Sentyabr 20:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.