4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Antalya D-8-in ilk turizm paytaxtı seçilib

6 May 2025 14:54
Antalya D-8-in ilk turizm paytaxtı seçilib

BAKI, AzerVoice

Antalya D-8-in ilk “İlin Turizm Şəhəri” olub.

AzerVoice xəbər verir ki, Türkiyənin turizm paytaxtı Antalya, 2025-ci il üçün D-8 ölkələrinin ilk “İlin Turizm Şəhəri” seçilərək bu sahədə tarixi bir uğura imza atıb.

Qahirədə keçirilən D-8 Turizm Nazirləri Toplantısında bu qərarın rəsmi elanından sonra Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bu statusun Antalyanın müasir turizm infrastrukturu və zəngin mədəni irsinə verilən yüksək qiymətin göstəricisi olduğunu bildirib.

Antalyaya bu xüsusi mükafat Misirin Turizm və Antik Əsərlər Naziri tərəfindən təqdim olunub. Nazir Ersoy çıxışında bütün D-8 üzv ölkələrinə təşəkkür edərək, Antalyanın təkcə təbiət gözəllikləri ilə deyil, həm də qədim abidələri və dünya səviyyəli turizm imkanları ilə bu ada layiq görüldüyünü bildirib.

Antalya 2024-cü ildə 17 milyondan çox turisti qəbul etməklə Türk Rivierası kimi tanınan Aralıq dənizi sahilində aparıcı turizm mərkəzi statusunu möhkəmləndirib. Nazir Ersoyun sözlərinə görə, şəhər 2025-ci ildə D-8 ölkələrinin turizm ruhunu ən yaxşı şəkildə əks etdirəcək və bu status çərçivəsində müxtəlif mədəni və tanıtım tədbirləri keçiriləcək.

D-8-in bu təşəbbüsü hər il bir üzv ölkənin şəhərini "İlin Turizm Şəhəri" elan etməklə turizm potensialını ön plana çıxarmağı və üzv ölkələr arasında mədəni əlaqələri gücləndirməyi hədəfləyir. Türkiyə də bu fürsətdən istifadə edərək D-8 ölkələri ilə əməkdaşlıq və mədəni dialoqu genişləndirməyə çalışacaq.

Qeyd edək ki, D-8 (İnkişaf Yolunda Olan Səkkizlər) 1997-ci ildə yaradılmış və əsasən iqtisadi və inkişaf yönümlü əməkdaşlığı gücləndirməyə hədəflənən beynəlxalq platformadır. Bu mükafat isə təşkilat daxilində turizm sahəsində ilk təşəbbüs olaraq qəbul edilir.

Məqalədə: #Türkiyə #Mehmet Nuri Ersoy #Türkiyə Mədəniyyət və Turizm Nazirliyi #Antalya #turizm #D-8 Turizm Nazirləri Toplantısı #Antalya turizm uğuru #2025 turizm şəhəri #Antalya mədəniyyət irsi #Turizm diplomatiyası

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.