8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Regionda yeni münaqişələrin qarşısı alınmalıdır - Türkiyə MN

8 May 2025 14:43
Regionda yeni münaqişələrin qarşısı alınmalıdır - Türkiyə MN

BAKI, AzerVoice

Regionda və dünyada yeni münaqişələrin yaranmasını istəmirik.

AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Pakistan və Hindistan arasındakı gərginliyə münasibət bildirərək, yeni qarşıdurmaların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Nazirlik mənbələrinin açıqlamasında qeyd olunub ki, mülki əhali və infrastrukturun hədəf alındığı hücumlar qəti şəkildə pislənilir.

“Bölgəmizdə və dünyada yeni qarşıdurmaların baş verməsini istəmirik. Mülki şəxsləri və infrastrukturu hədəf alan hücumları hər fürsətdə pisləyirik. Ümid edirik ki, Pakistan və Hindistan arasındakı gərginlik tezliklə azaldılacaq və bu kimi hadisələrin təkrarlanmaması üçün zəruri mexanizmlər yaradılacaq. Tərəfləri sağlam düşüncə ilə davranmağa çağırırıq” - deyə MN-dən verilən açıqlamada bildirilib.

Nazirlik bəzi KİV-lərdə yayılan, şəhid açıqlamalarında “separatçı terror təşkilatı” ifadəsinin çıxarıldığına dair xəbərləri təkzib edib. Açıqlamada bu iddiaların həqiqəti əks etdirmədiyi və ictimaiyyəti çaşdırmağa yönəldiyi bildirilib.

“Milli Müdafiə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin separatçı terror təşkilatına münasibəti dəyişməz olaraq qalır. Bu mövqeni sual altına almaq və ailələrimizlə aramıza nifaq salmaq məqsədi daşıyan bu kimi iddialarla bağlı hüquqi addımlar atılıb” - deyə bildirilib.

“Bu əməliyyatlar Suriyadakı sabitliyi pozur və qəbuledilməzdir. Biz yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar olunmasını tövsiyə edirik. Əməliyyatlarımızın təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bölgədəki bütün tərəflərlə koordinasiya davam edir” - deyə nazirlik İsrailin Suriyaya qarşı hava hücumlarına münasibət bildirib.

Nazirlik Kipr Rum Administrasiyasının elan etdiyi 5-ci blokla bağlı yeni NAVTEX olmadığını bildirib:
“Elan edilmiş sahənin bir hissəsi Türkiyə kontinental şelfinə daxil olduğuna görə, bu kimi hallarda dərhal tədbir görülür. Hazırda VALARIS DS-9 qazma gəmisi 10-cu blokda fəaliyyət göstərir”.

MN NATO daxilində yüksək vəzifəyə təyin olunan türk generalı barədə də məlumat verib.
“Türkiyə NATO tarixində ilk dəfə olaraq NATO Beynəlxalq Hərbi Qərargahında (IMS) direktor səviyyəsində təmsil olunacaq. Briqada generalı Eray Üngüder Kooperativ Təhlükəsizlik Direktoru vəzifəsinə seçilib. Bu təyinat Türkiyənin NATO-da artan nüfuzunun göstəricisidir” - deyə bəyanatda bildirilib.

Məqalədə: #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Hindistan-Pakistan sərhəd gərginliyi #münaqişələrin qarşısının alınması #Suriyada sabitlik və əməliyyatlar #Türkiyənin NATO-dakı rolu #NATO Beynəlxalq Hərbi Qərargahı

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.