7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Atəşkəs və danışıqlar paralel aparılmalıdır– Fidan

16 May 2025 15:55
Atəşkəs və danışıqlar paralel aparılmalıdır–  Fidan

BAKI, AzerVoice

“Sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik.”

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Toplantısında sülh təşəbbüsləri ilə bağlı mühüm açıqlamalar verib.

O, Dolmabahçe Rəyasət Heyətində danışıqların açılışında çıxış edərək bildirib ki, sülh yolunda irəliləmək üçün yaranmış fürsətdən istifadə edilməlidir. “Gecikmənin hər günü daha çox insanın həyatını itirməsinə səbəb olur”- deyə o qeyd edib.

Bildirək ki, bu görüş Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ilin martından bəri ilk birbaşa təmasdır. Fidan danışıqların başlanmasını tərəflərin iradəsinin göstəricisi kimi dəyərləndirib və bildirib ki, hazırkı mərhələdə iki yol var. “Biri sülhə aparır, digəri isə daha çox dağıntı və insan itkisinə. Bu yolda hansı istiqaməti seçəcəklərinə özləri qərar verəcəklər”- deyə o bildirib.

Nazir Fidan həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya prezidenti Vladimir Putinin, Ukrayna prezidenti Volodimir Zelenskinin və ABŞ prezidenti Donald Trampın sülh çağırışlarına diqqət yetirməsinin əhəmiyyətini vurğulayıb. O, Zelenskinin Ankaraya səfərinin də danışıqların başlanması baxımından mühüm addım olduğunu qeyd edib.

Rusiya nümayəndə heyətinin qəbul edilməsinin də Türkiyənin münaqişənin həlli üçün göstərdiyi qətiyyətli iradənin göstəricisi olduğunu bildirən Fidan, danışıqlarla paralel olaraq atəşkəsin də həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. “Etməli olduğumuz seçimlər və atacağımız addımlar növbəti mərhələni müəyyən edəcək” - deyə o vurğulayıb.

Nazir həmçinin bu danışıqların dövlət başçıları səviyyəsində keçirilməsi mümkün olan liderlər görüşünün əsasını təşkil edə biləcəyini bildirib. “Danışıqlar yolu ilə sülhə nail olmağın mümkün olduğuna ürəkdən inanırıq. Türkiyə bu səylərdə tərəflərlə birlikdə olmağa davam edəcək və sülh prosesinə töhfə verməyə hazırdır” - deyə o sonda bildirib.

Qeyd edək ki, İstanbulda baş tutan görüşdə Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə iştirak edib. Türkiyə nümayəndə heyətinə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da daxildir. Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edib. Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin direktoru İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin və digər rəsmilər iştirak ediblər. Ukrayna tərəfini isə müdafiə naziri Rüstəm Umerov başçılıq edib. Onunla birlikdə xarici işlər nazirinin müavini Sergiy Kislytsya, Təhlükəsizlik Xidməti rəhbərinin müavini Aleksandr Poklad və digər rəsmilər də danışıqlarda iştirak ediblər.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İstanbul #Rusiya #Hakan Fidan #Ukrayna #sülh danışıqları #Rusiya-Ukrayna münaqişəsi #Rusiya Ukrayna sülh təşəbbüsü #İstanbul üçlü görüş

Mövzu üzrə digər xəbərlər

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

18:37
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.