5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə yeni texnologiya - Musiqili yol istifadəyə verilib

19 May 2025 13:19
Türkiyədə yeni texnologiya - Musiqili yol istifadəyə verilib

BAKI,AzerVoice

Türkiyədə ilk dəfə “musiqili yol” istifadəyə verilib.

AzerVoice xəbər verir ki, Türkiyədə avtomobil yollarında ilk “musiqili yol” tətbiqi Ankaranın Nallıhan-Beypazarı Dövlət Yolunun 21-ci kilometrində reallaşdırılıb.

Bu barədə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir bildirib ki, Karayolları Ümumi Müdirliyinin həyata keçirdiyi layihə çərçivəsində yol səthinə xüsusi işarələr yerləşdirilib. Avtomobillər müəyyən sabit sürətlə bu zolaqlardan keçərkən, təkərlərin yaratdığı vibrasiya və səs dalğaları nəticəsində musiqi melodiyası eşidilir.

Uraloğlu bildirib ki, Nallıhan rayonunun Eymir kəndi yaxınlığında aparılan bu texniki yeniliyin sınaq mərhələsi artıq tamamlanıb. Sürücülər 100 km/saat sabit sürətlə hərəkət etdikdə Motsartın məşhur “Türk Marşı” melodiyası aydın şəkildə eşidilir. Tətbiq, həmçinin Davutoğlan Vəhşi Təbiət İnkişafı Bölgəsinə zərər verməyəcək məsafədə yerləşdirilib.

Qeyd edək ki, bu innovativ yol texnologiyası dünyada bir sıra ölkələrdə də sınaqdan keçirilib. Lakin səslə bağlı narahatlıqlar səbəbilə tətbiq adətən yaşayış məntəqələrindən uzaq ərazilərdə həyata keçirilir.

Nazir Uraloğlu əlavə edib ki, ikinci melodik yol xətti Ankara–Əskişəhər Dövlət Yolunun 37-ci kilometrində, Sivrihisar çıxışında inşa edilir. Yolun melodiyanı aydın verə bilməsi üçün düz və səssiz asfalt üzərində olması, nəqliyyat vasitələrinin sabit sürətlə hərəkət etməsi əsas texniki şərtlərdəndir.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Türkiyədə musiqili yol #Avtomobil yolunda musiqi texnologiyası #Nəqliyyatda innovasiya Türkiyə #Motsart Türk Marşı yolda #Yol təhlükəsizliyi #Türkiyədə avtomobil yolları yenilik

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.