6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan Putinlə ikitərəfli görüşlər keçirəcək

24 May 2025 14:22
Hakan Fidan Putinlə ikitərəfli görüşlər keçirəcək

BAKI, AzerVoice

Hakan Fidan Rusiyaya səfər edir - Gündəmdə Rusiya-Ukrayna müharibəsi, ticarət və regional əməkdaşlıq var.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə mayın 26-27-də Rusiyaya səfər edəcək.

Diplomatik mənbələrə əsasən, Fidan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və Sergey Lavrovla geniştərkibli görüşlər keçirəcək. İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları çərçivəsində o, Rusiya nümayəndə heyətinin rəhbəri, vitse-prezident Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla da bir araya gələcək.

Görüşlərdə Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər – xüsusilə ticarət, enerji və turizm sahələrində əməkdaşlıq imkanları – ətraflı şəkildə müzakirə olunacaq. Fidanın Rusiya-Ukrayna münaqişəsində ədalətli və davamlı sülhün təmininə yönəlmiş təşəbbüsləri dəstəkləyəcəyini və Türkiyənin vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu vurğulaması gözlənilir.

Nazir Fidanın gündəmində Suriya, Qəzza və Cənubi Qafqaz kimi regional məsələlər də yer alacaq. Onun bu mövzularda qarşılıqlı fikir mübadiləsi aparmaq və dialoqu təşviq etmək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, Hakan Fidan bu il ərzində Rusiyaya bir neçə dəfə səfər edib. O, 10-11 iyun tarixlərində BRİKS+ toplantısında iştirak edib, 24 oktyabrda prezident Ərdoğanla birlikdə BRİKS Zirvəsinə qatılıb. Sonuncu dəfə isə aprelin 12-də Antalya Diplomatiya Forumu çərçivəsində Lavrovla görüşüb. Lavrov da 2024-cü ildə bir neçə dəfə Türkiyəyə səfər edərək Fidana ilə müxtəlif formatlarda ikitərəfli görüşlər keçirib.

Məqalədə: #Türkiyə #Rusiya #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Vladimir Putin #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya və Türkiyə münasibətləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.