5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Əmtəə qiymətlərinin düşməsi idxalçı ölkələr üçün fürsətdir- Yılmaz

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz TV100 telekanalında yayımlanan proqramda gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb.

11 İyun 2025 12:13
Əmtəə qiymətlərinin düşməsi idxalçı ölkələr üçün fürsətdir- Yılmaz

BAKI, AzerVoice

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz TV100 telekanalında yayımlanan proqramda gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb.

AzerVoice xəbər verir ki, Yılmaz ilk olaraq Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrekin vəfatı ilə bağlı başsağlığı verərək, araşdırmanın nəticələrinin gözlənilməsinin vacibliyini vurğulayıb.

Canlı yayımda çıxışı zamanı Yılmaz beynəlxalq iqtisadi mühitdəki dəyişikliklərə toxunaraq, dünyanın proteksionizm və ticarət gərginlikləri ilə dolu bir dövrdən keçdiyini bildirib. ABŞ prezidenti Donald Trampın tarif siyasətinin qlobal iqtisadi artım proqnozlarına mənfi təsir etdiyini xatırladan Yılmaz, əmtəə qiymətlərindəki düşmələrin Türkiyə kimi idxalçı ölkələr üçün müəyyən faydalar gətirə biləcəyini qeyd edib.

O, Avropa İttifaqının Çinlə bağlı atacağı addımların Türkiyənin ticarət rəqabətinə təsir edə biləcəyini, Çin məhsullarının digər bazarlara yönəlməsi halında isə bu rəqabətin daha da güclənəcəyini söyləyib.

Yılmaz ötən aylarda Əhali Siyasətləri Şurasının ilk iclasının keçirildiyini və 6 ayrı işçi qrupunun yaradıldığını bildirib. Bu qruplar qanunvericilik, iqtisadi dəstək, təhsil, səhiyyə, iş həyatı və mədəni-ünsiyyət sahələrini əhatə edir.

“Bu ayın sonunda və ya gələn ayın əvvəlində digər qurumlarla hazırlıqlar yekunlaşacaq. Təkliflər toplanaraq hökumətimizin gündəliyinə daxil ediləcək və prezidentimizə təqdim olunacaq”, – deyə Yılmaz əlavə edib.

Yılmaz çıxışı zamanı terror təşkilatı PKK-nın tamamilə ləğv edilməsinin zəruriliyini də vurğulayıb. “İlk olaraq, bu qərarın yerində və faktiki şəkildə reallaşdığını görmək lazımdır.” - deyə o bildirib.

Məqalədə: #Türkiyə #Cevdet Yılmaz #ABŞ #Donald Tramp #Çin #PKK terror təşkilatı #Çin ABŞ ticarət müharibəsi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.