6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə Kitabxana Sayısı 45 minə yaxınlaşıb

Türkiyədə fəaliyyət göstərən kitabxana sayı 2024-cü ilin sonunda 44 min 829 olaraq qeydə alındı.

14 İyun 2025 16:30
Türkiyədə Kitabxana Sayısı 45 minə yaxınlaşıb

BAKI,AzerVoice

Türkiyədə fəaliyyət göstərən kitabxana sayı 2024-cü ilin sonunda 44 min 829 olaraq qeydə alındı.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) açıqlama verib.

"Kitabxana Statistikası"na görə, ölkə üzrə 2024-cü il sonunda, Prezidentin Millət Kitabxanası və Milli Kitabxana ilə yanaşı 1301 xalq, 637 universitet və 42 min 889 təhsil müəssisəsinin kitabxanası fəaliyyət göstərir.

Prezidentin Millət Kitabxanasındakı kitab sayı 2024-cü ildə 3,2 faiz artaraq 2 milyon 613 min 965 olub.

Milli Kitabxanada isə bu say 8,3 faiz artaraq 1 milyon 829 min 534-ə, universitet kitabxanalarında 3,5 faiz artaraq 22 milyon 420 min 99-a, xalq kitabxanalarında isə 3,6 faiz artaraq 25 milyon 82 min 260-a çatıb. Təhsil müəssisələrinin kitabxanalarında isə 5,4 faiz azalma ilə 65 milyon 227 min 96 kitab mövcuddur.

Xalq kitabxanalarından istifadə edənlər 2023-cü ilə nisbətən 15,4 faiz artaraq 38 milyon 737 min 705 nəfərə yüksəlib. Xalq kitabxanalarına qeydiyyatdan keçən üzv sayı isə 8,6 faiz artaraq 6 milyon 726 min 993-ə çatıb.

Türkiyədə universitet kitabxanalarının sayı 487-si dövlət və 150-si özəl universiteti olmaqla 637-yə çatıb. Universitet kitabxanalarının elektron kitab sayısı 2023-cü ilə nisbətən 6 faiz artaraq 125 milyon 428 min 957-ə yüksəlib.

Universitet kitabxanalarına qeydiyyatdan keçən üzv sayı isə 2 faiz artaraq 4 milyon 282 min 978-ə çatıb.

Məqalədə: #Türkiyə #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Türkiyədə kitabxana sayı #Kitabxana statistikası #TÜİK kitabxana hesabatı #Universitet kitabxanaları #Elektron kitablar #Türkiyədə kitab nəşri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.