5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə regionda sülh üçün vasitəçiliyə hazırdır - Ərdoğan

Ərdoğan ABŞ prezidenti Donald Trump, İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb, tərəfləri atəşkəsə çağırıb və Türkiyənin vasitəçi roluna hazır olduğunu vurğulayıb.

17 İyun 2025 09:32
Türkiyə regionda sülh üçün vasitəçiliyə hazırdır - Ərdoğan

BAKI, AzerVoice

İran-İsrail arasında şiddətlənən münaqişənin qarşısını almaq məqsədilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra diplomatik təmaslar həyata keçirib.

AzerVoice xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trump, İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb, tərəfləri atəşkəsə çağırıb və Türkiyənin vasitəçi roluna hazır olduğunu vurğulayıb.

Prezident iyunun 13-də İsrailin İrana hücumundan sonra yaranan gərginliyin bütün regionu təhdid etdiyini bildirərək, münaqişənin dayandırılması üçün diplomatik kanallar vasitəsilə intensiv fəaliyyətə başlayıb. İyunun 14 və 15-də ABŞ prezidenti Tramp və İran lideri Pezeşkianla iki dəfə danışan Ərdoğan, həmçinin bölgədə sabitliyin bərpası üçün nüvə danışıqlarının bərpasının vacibliyini önə çəkib.

Dünən Rusiya prezidenti Vladimir Putinlə də telefon danışığı keçirən Ərdoğan bildirib ki, İsrailin İrana qarşı hücumları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bu zorakılıq dalğası bölgənin yeni bir müharibəni qaldıra bilməyəcəyini göstərir. Prezident Putin də görüşdə Ərdoğanın mövqeyini dəstəkləyərək, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Prezident Ərdoğan son günlərdə Misir, Səudiyyə Ərəbistanı, Pakistan, İordaniya, Oman və Suriya da daxil olmaqla bir sıra ölkə liderləri ilə də telefon danışıqları aparıb. Bu təmaslar Ankara diplomatiyasının regional sabitlik üçün fəal rol oynadığını göstərir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Vladimir Putin #Donald Tramp #Məsud Pezeşkian #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.