8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Baykar və Leonardo əməkdaşlığı İtaliya mediasında işıqlandırılıb

Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın aparıcı müdafiə sənayesi şirkəti Leonardo 55-ci Paris Hava Sərgisi çərçivəsində “LBA Systems” adlı ortaq müəssisə qurduqlarını elan ediblər.

17 İyun 2025 15:24
Baykar və Leonardo əməkdaşlığı İtaliya mediasında işıqlandırılıb

BAKI, AzerVoice

Baykar və Leonardo əməkdaşlığı İtaliya mediasında işıqlandırılıb .

AzerVoice xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın aparıcı müdafiə sənayesi şirkəti Leonardo 55-ci Paris Hava Sərgisi çərçivəsində “LBA Systems” adlı ortaq müəssisə qurduqlarını elan ediblər.

Bu təşəbbüs İtaliya mediasında geniş işıqlandırılıb.

İtaliyanın yüksək tirajlı “Corriere della Sera” qəzeti yazır ki, Baykar və Leonardo mart ayında imzaladıqları anlaşma memorandumunu gerçəkləşdirərək 50/50 ortaq payla “LBA Systems” şirkətini rəsmi olaraq təsis ediblər. Yeni müəssisənin əsas məqsədi uzaqdan idarə olunan təyyarə sistemlərinin dizaynı, inkişafı və istehsalı olacaq.

Layihə çərçivəsində Baykar TB3 və Akıncı kimi qabaqcıl PUA-ları təmin edəcək, Leonardo isə bu sistemlərin inteqrasiyası üçün elektron modullar, rabitə sistemləri və pilotlarla koordinasiyanı təmin edən texnologiyaları təqdim edəcək.

Leonardo şirkətinin baş direktoru Roberto Çinqolani bildirib ki, tədarüklərə 2026-cı ildə başlanması planlaşdırılır.

İtaliyanın aparıcı iqtisadi nəşri “Il Sole 24 Ore” də bu əməkdaşlığın hər iki tərəfin texnoloji imkanlarını bir araya gətirdiyini və Avropada yeni nəsil İHA-ların inkişafı üçün strateji addım olduğunu qeyd edib. Yeni şirkətin baş ofisi İtaliyada yerləşəcək.

“Il Messaggero” qəzeti isə əməkdaşlığı “Avropa müdafiəsinin ən qabaqcıl sərhədlərinə doğru atılan texnoloji addım” kimi dəyərləndirib və Baykar Texnologiya Lideri Səlcuq Bayraktarın bu birliyi “gələcək üçün katalizator” adlandırdığını vurğulayıb.

Qeyd edək ki, Baykar son illərdə TB2 və Akıncı kimi PUA-larla beynəlxalq arenada nüfuz qazanıb və bu ortaq layihə ilə şirkət Avropa bazarında daha güclü mövqe əldə etməyi hədəfləyir.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #Baykar #PUA #Bayraktar AKINCI #müdafiə sənayesi məhsulları #Baykar texnologiyaları #Leonardo #Baykar İtaliya aviasiya şirkəti

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.