4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda Qlobal Nəqliyyat Dəhlizləri Forumu keçiriləcək

İstanbulda qlobal nəqliyyat siyasətinin yol xəritəsi müəyyən ediləcək.

23 İyun 2025 09:59
İstanbulda Qlobal Nəqliyyat Dəhlizləri Forumu keçiriləcək

BAKI, AzerVoice

İstanbulda qlobal nəqliyyat siyasətinin yol xəritəsi müəyyən ediləcək.

AzerVoice xəbər verir ki, 27-29 iyun tarixlərində İstanbulda keçiriləcək “Qlobal Nəqliyyat Dəhlizləri Forumu” çərçivəsində dünyanın 70 ölkəsindən yüksək səviyyəli nümayəndələr qlobal nəqliyyat siyasətləri ilə bağlı yol xəritəsini müzakirə edəcək.

Forumun açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu forumun məqsədinin yalnız fikir mübadiləsi olmadığını, eyni zamanda “dünya nəqliyyatına istiqamət verəcək platforma yaratmaq” olduğunu bildirib. O, forumun Türkiyənin “Türkiyəsiz dəhliz olmaz” vizyonunun praktiki təzahürü olacağını qeyd edib.

Forum çərçivəsində “Orta Dəhlizi Təşviq Tədbiri” adlı xüsusi görüş də keçiriləcək. Bu tədbirdə Orta Dəhlizə daxil olan ölkələrin nəqliyyat nazirləri və sektor nümayəndələri tranzit prosedurlar, rəqəmsal transformasiya və dəhliz idarəçiliyi kimi əsas məsələləri müzakirə edəcəklər. Forumda Dünya Bankı da daxil olmaqla bir sıra beynəlxalq təşkilat və maliyyə institutlarının nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Türkiyə öz nəqliyyat siyasətini “Kəsintisiz əlaqə, sərhədsiz fürsətlər” prinsipi ilə quraraq regionda yalnız bir tranzit nöqtəsi deyil, istiqamətverici mərkəz rolunu gücləndirməkdədir. Forumda qəbul ediləcək yol xəritəsi bu vizyonun növbəti mərhələsi hesab olunur.

Məqalədə: #Türkiyə #İstanbul #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #tranzit-nəqliyyat #nəqliyyat dəhlizi #Türkiyə nəqliyyat layihələri #Qlobal Nəqliyyat Dəhlizləri Forumu

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.