5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hava məkanında məhdudiyyətlər yalnız İranda qalır - Uraloğlu

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu İran–İsrail qarşıdurması səbəbilə bölgədə tətbiq olunan hava məkanı məhdudiyyətləri ilə bağlı son durumu açıqlayıb.

26 İyun 2025 17:26
Hava məkanında məhdudiyyətlər yalnız İranda qalır - Uraloğlu

BAKI, AzerVoice

Türkiyə bölgədə hava məkanı məhdudiyyətlərinin əksəriyyətinin aradan qaldırıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu İran–İsrail qarşıdurması səbəbilə bölgədə tətbiq olunan hava məkanı məhdudiyyətləri ilə bağlı son durumu açıqlayıb.

Nazir bildirib ki, İran xaricində bölgədəki bütün hava məkanlarında məhdudiyyətlər ləğv olunub.

“26 iyun tarixindən etibarən İraq, Suriya, İordaniya, Livan (Beyrut), Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və BƏƏ hava məkanlarını türk təyyarələri üçün yenidən açıb. Ancaq İranın bəzi ərazilərində – xüsusilə Tehranda və Şirazda – məhdudiyyətlər hələ də qüvvədədir”, – deyə Uraloğlu vurğulayıb.

Nazir qeyd edib ki, hazırda bölgədə qalan təyyarələrin təxliyə prosesi davam edir: “Dünən İraqdakı 4 təyyarəmiz heç bir problem olmadan geri döndü. Məşhəd bölgəsi istisna olmaqla, İranda uçuş məhdudiyyətləri hələ də qüvvədədir. Şiraz və Tehrandakı 7 təyyarəmiz bu səbəbdən hələ də qayıda bilməyib. Məhdudiyyətlərin 2 iyul tarixinə qədər davam edəcəyi gözlənilir, amma daha erkən dönüş üçün alternativ imkanlar üzərində işləyirik”.

Nazir həmçinin bildirib ki, uçuşların planlaşdırılmasında sərnişinlərin və ekipajın təhlükəsizliyi birinci dərəcəli prioritetdir.

Qeyd edək ki, İran və İsrail arasında artan gərginlik bölgədə hava nəqliyyatına da ciddi təsir göstərib. Türkiyə bu vəziyyətdə mülki aviasiya təhlükəsizliyini təmin etmək üçün ardıcıl koordinasiya işləri aparır.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #təxliyə #Uçuşların bərpası #İran İsrail münasibətləri #Aviasiya sektoru

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.