5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin F-35 proqramına qayıdışı ilin sonuna qədər mümkündür - Barak

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Türkiyənin F-35 proqramına yenidən daxil olması məsələsində ilin sonuna qədər konkret nəticələrin əldə olunacağını bildirib.

30 İyun 2025 10:17
Türkiyənin F-35 proqramına qayıdışı ilin sonuna qədər mümkündür - Barak

BAKI, AzerVoice

ABŞ səfirindən F-35 açıqlamas; - İlin sonuna qədər həll oluna bilər.

AzerVoice xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Türkiyənin F-35 proqramına yenidən daxil olması məsələsində ilin sonuna qədər konkret nəticələrin əldə olunacağını bildirib.

O, İzmirə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bu istiqamətdə əhəmiyyətli irəliləyişlər gözlədiklərini qeyd edib.

ABŞ səfiri Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Haaqa NATO Sammitindəki görüşündən sonra F-35 mövzusunun sürətlə yenidən gündəmə gəldiyini vurğulayıb/

“İlin sonuna qədər bu məsələni həll edə biləcəyimizə inanırıq. ABŞ Konqresi də müzakirələrə yenidən baxmağa hazırdır.”- deyəo qed edib.

Barak, tərəflərin uzun illərdir davam edən F-35 məsələsini geridə qoymaq istədiklərini deyərək, Türkiyənin regional sabitlikdəki rolunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Yaxın Şərqdə sülhün açarı Türkiyənin əlinə keçə bilər.

Səfir eyni zamanda İsrail-İran gərginliyi fonunda yeni bir diplomatik yolun açılmasının vacibliyini qeyd edərək, “Hazırda İsrail öz xarici siyasətini yenidən müəyyənləşdirməlidir. Bu prosesdə Türkiyə mühüm vasitəçi ola bilər.”- deyə vurğulayıb.

Suriyada ABŞ-ın əsas tərəfdaşlarından biri olan SDQ (PKK/YPG-nin əsas təşkil etdiyi koalisiya) ilə bağlı da danışan Barak, bu strukturun gələcəkdə Suriya hökumətinə inteqrasiya edilməsinin vacibliyini bildirib.

“Yeni Suriyada tək legitim orqan dövlət olacaq və SDQ siyasi və hərbi baxımdan bu sistemə inteqrasiya olunmalıdır. Bu proses zaman tələb edir.”- deyə o bildirib.

Qeyd edək ki, Türkiyə F-35 proqramından S-400 hava müdafiə sistemlərini alması səbəbilə 2019-cu ildə çıxarılmışdı. Ankara bu qərarın ədalətsiz olduğunu bildirib və proqramdakı hüquqlarının bərpasını tələb edir.

Məqalədə: #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan #ABŞ #Ankara #Donald Tramp #Suriya #F-35 #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #SDQ #ABŞ-ın Ankaradakı Səfirliyi #Tomas Barak Suriya üzrə nümayəndə

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.