5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bayraktar TB2 ilk dəfə Avropada istehsal olunacaq

Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın Piaggio Aerospace şirkəti arasında imzalanan müqaviləyə əsasən, Bayraktar TB2 İtaliyada istehsal ediləcək.

7 İyul 2025 15:19
Bayraktar TB2 ilk dəfə Avropada istehsal olunacaq

BAKI, AzerVoice

Türkiyə müdafiə sənayesindən tarixi addım - Bayraktar TB2 ilk dəfə Avropada istehsal ediləcək .

AzerVoice xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın Piaggio Aerospace şirkəti arasında imzalanan müqaviləyə əsasən, Bayraktar TB2 İtaliyada istehsal ediləcək.

Bu, milli İHA-ların ilk dəfə xaricdə istehsalı ilə yadda qalacaq. İstehsal Avropada Piaggio Aerospace-in müəssisələrində həyata keçiriləcək.

Baykarın bu addımı Türkiyənin müdafiə sənayesində təkcə istehsalçı yox, eyni zamanda qlobal texnologiya lideri kimi mövqeyini gücləndirir. Avropadakı istehsal həm ixrac proseslərini sürətləndirəcək, həm də Baykarın bu bazarda mövqeyini daha da möhkəmləndirəcək. Müqavilə Türkiyə ilə İtaliya arasında strateji müdafiə əməkdaşlığını daha da dərinləşdirir.

Qeyd edək ki, Bayraktar TB2 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib və 2020-ci ildəki Qarabağ müharibəsi və Ukrayna–Rusiya münaqişəsində göstərdiyi uğurla qlobal nüfuz qazanıb. Hazırda 13-dən çox ölkəyə ixrac edilən TB2, 220 km/saat sürət və 300 km məsafə uçuş qabiliyyəti ilə dünyanın ən effektiv İHA-larından biri hesab olunur.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #İtaliya #Baykar #Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı #müdafiə sənayesi #İHA #Baykar Piaggio satın alınması

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.