9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədən Suriyaya texnoloji dəstək: TÜRKSAT peyk şəbəkəsi qurur

Türkiyənin aparıcı peyk operatoru TÜRKSAT, Suriyanın müxtəlif bölgələrində qurduğu peyk terminalları vasitəsilə dövlət qurumlarının sürətli, təhlükəsiz və fasiləsiz kommunikasiya imkanına sahib olmasını təmin edib.

10 İyul 2025 13:32
Türkiyədən Suriyaya texnoloji dəstək: TÜRKSAT peyk şəbəkəsi qurur

BAKI, AzerVoice

Türkiyənin aparıcı peyk operatoru TÜRKSAT, Suriyanın müxtəlif bölgələrində qurduğu peyk terminalları vasitəsilə dövlət qurumlarının sürətli, təhlükəsiz və fasiləsiz kommunikasiya imkanına sahib olmasını təmin edib.

AzerVoice xəbər verir ki, TÜRKSAT Suriyanın rabitə infrastrukturu və rəqəmsal xidmətlərinin inkişafına dəstək məqsədilə mühüm bir təşəbbüsə imza atıb.

TÜRKSAT-ın baş direktoru Ahmet Hamdi Atalayın rəhbərlik etdiyi nümayəndə heyəti Şamda bir sıra yüksək səviyyəli görüşlər keçirib. Bu çərçivədə Suriya Rabitə və İnformasiya Texnologiyaları naziri Abdüsselam Heykel, İnformasiya naziri Hamza əl-Mustafa və Təcili Yardım və Fəlakətlər üzrə nazir müavini Hussam Hallak ilə görüşlər baş tutub.

Rəsmi danışıqların nəticəsi olaraq, TÜRKSAT Suriyada dövlət sektoruna Ka-Band peyk internet xidmətlərini təqdim etməyə başlayıb.

Şirkət Türksat 5B peyki vasitəsilə verdiyi xidmətlə Suriyanın bir çox strateji nöqtəsində dövlət orqanlarına real vaxt rejimində əlaqə və məlumat axını imkanı yaradıb. Qurulan peyk terminalları vasitəsilə idarələrə fövqəladə vəziyyətlərdə belə fasiləsiz rabitə təmin olunub.

Yalnız internet xidməti ilə kifayətlənməyən TÜRKSAT, eyni zamanda televiziya və radio yayımı, e-hökumət platformaları, fəlakət və təcili rabitə sistemləri, eləcə də xüsusi şəbəkələrə dair tam paket xidmətlər təqdim edir. Bu texnoloji imkanlar Suriyada rəqəmsallaşma prosesinə ciddi təkan verməyi hədəfləyir.

Rabitə sahəsində təqdim olunan bu həllərin, xüsusilə fiber-optik və kabelli şəbəkələrin olmadığı bölgələrdə dövlət xidmətlərinin səmərəliliyini artırması və böhran anlarında operativ əlaqə qurulmasına şərait yaratması nəzərdə tutulur.

TÜRKSAT-ın gələcək planlarına görə, peyk terminallarının Suriyanın digər bölgələrinə də yayılması və daha geniş coğrafiyada tətbiqi təmin ediləcək.

Məqalədə: #Türkiyə #Ankara #Suriya #TÜRKSAT #Dəməşq #İkitərəfli münasibətlərin inkişafı #Türkiyə Suriya münasibətləri

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.