9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Oman arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Türkiyə və Oman enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün yeni razılaşma əldə ediblər.

14 İyul 2025 17:00
Türkiyə və Oman arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb

BAKI, AzerVoice

Türkiyə və Oman enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün yeni razılaşma əldə ediblər.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında məlumat paylaşıb.

Muskatda keçirilən görüşdə Bayraktar və Omanın Enerji və Mədənlər naziri Salim Nasser Al Aufi arasında enerji sahəsində potensial əməkdaşlıqlar müzakirə olunub və müvafiq anlaşma memorandumu imzalanıb.

Bayraktar bildirib ki, əldə olunan razılaşma neft və təbii qazın kəşfi, daşınması və emalından tutmuş, elektrik enerjisi, bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen texnologiyaları sahələrində texniki bilik və təcrübə mübadiləsi, habelə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

“Mövcud əməkdaşlığımızı daha da irəli aparacaq bu sazişin yaxın dövrdə konkret layihələr və ortaq qazanc imkanları ilə dərinləşəcəyinə inanırıq” – deyə nazir əlavə edib.

Səfər çərçivəsində Türkiyə Neft Şirkəti (TPAO), Omanın Enerji və Mədənlər Nazirliyi (MEM) və “OQ Exploration and Production New Ventures L.L.C.” (OQEP) ilə üçtərəfli anlaşma sənədi imzalanıb.

Razılaşmaya əsasən, TPAO-ya müəyyən sahələrdə qiymətləndirmə və araşdırma aparmaq üçün 3 aylıq eksklüziv hüquq verilib. Eyni zamanda TPAO və OQEP arasında yeni imkanların birgə qiymətləndirilməsinə dair əlavə əməkdaşlıq sazişi də imzalanıb.

Enerji naziri Bayraktar əlavə edib ki, səfər zamanı Oman İnvestisiya İdarəsinin rəhbəri Abdulsalam bin Məhəmməd Al Murşidi ilə də görüş keçirilib. Görüşdə neft və qaz, bərpa olunan enerji və elektrik infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə qarşılıqlı investisiya imkanları müzakirə olunub.

Məqalədə: #Türkiyə #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Oman #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #enerji əməkdaşlığı #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.