4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrailin Suriyadakı hücumları regionda sabitliyi təhdid edir - TBMM

TBMM İsrailin Suriyaya qarşı son hərbi hücumlarını qınayan qətnaməsi “Resmi Gazete”də dərc olunaraq rəsmi qüvvəyə minib.

17 İyul 2025 09:50
İsrailin Suriyadakı hücumları regionda sabitliyi təhdid edir - TBMM

BAKI, AzerVoice

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin Suriyadakı hücumlarını qınayan qətnamə qəbul edib.

AzerVoice xəbər verir ki, TBMM İsrailin Suriyaya qarşı son hərbi hücumlarını qınayan qətnaməsi “Resmi Gazete”də dərc olunaraq rəsmi qüvvəyə minib.

Qətnamədə İsrailin beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə məhəl qoymadan həyata keçirdiyi hərbi əməliyyatların regionda sülh və sabitliyi təhdid etdiyi vurğulanıb. TBMM-nin sənədində, xüsusilə Suriyanın paytaxtı Dəməşqə edilən hücumların, İsrailin münaqişə strategiyasının davamı olduğu qeyd edilib.

“Suriyanın ərazi bütövlüyünün pozulması, Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında davam edən hərbi əməliyyatlarla yanaşı, Livan və İrana qarşı hücumlar İsrailin genişlənən hərbi strategiyasının bir hissəsidir,” – qətnamədə bildirilir.

Qətnamədə beynəlxalq ictimaiyyətin passiv mövqeyinin bu hücumların intensivliyinə yol açdığı da qeyd olunub.
“İsrailin təcavüzkar davranışı beynəlxalq hüququn prinsiplərini və BMT-nin əsaslarını pozur. Qlobal səviyyədə bu hücumlara təsirli və qətiyyətli cavab verilmədikcə, sülh və təhlükəsizliyə zərər artmaqda davam edəcək.” - deyə bildirilib.

TBMM, İsrailin Dəməşqə qarşı həyata keçirdiyi hücumları sərt şəkildə pisləyib və Suriya xalqı ilə həmrəyliyini bir daha ifadə edib. Məclis həmçinin Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini təsdiqləyib.

“Regionumuzda sabitliyin və sülhün bərqərar olması üçün səylərimizi davam etdirəcəyik. Beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki təcavüzkar siyasətinə qarşı vahid və qətiyyətli mövqe sərgiləməyə çağırırıq,” – sənəddə qeyd olunub.

Qeyd edək ki, bu bəyanat TBMM-nin 16 iyul 2025-ci il tarixində keçirilən 109-cu iclasında səsvermə yolu ilə qəbul olunub və qərar eyni gün “Resmi Gazete”də dərc edilib.

Məqalədə: #Türkiyə #İsrail #Qəzza zolağı #Suriya #Resmi Gazete #Dəməşq #Türkiyə Böyük Millət Məclisi (TBMM) #İsrail Suriyada hava hücumları #Türkiyə Suriya əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26

Son Xəbərlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.