5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Osmanlı sarayının sirli qapısı 350 ildən sonra açıldı

Osmanlı saray həyatının ən gizli və az tanınan hissələrindən biri olan Qara Eunuchlar (Qara hədimlər) palatası uzun illərdən sonra ziyarətçilərin üzünə açılıb.

10 Avqust 2025 15:28
Baku
Osmanlı sarayının sirli qapısı 350 ildən sonra açıldı

BAKI, AzerVoice, Zeynəb Raminqızı

Osmanlı saray həyatının ən gizli və az tanınan hissələrindən biri olan Qara Eunuchlar (Qara hədimlər) palatası uzun illərdən sonra ziyarətçilərin üzünə açılıb.

AzerVoice xəbər verir ki, Topkapı Sarayının Hərəm bölməsində yerləşən bu üçmərtəbəli tarixi bina, bir vaxtlar sultanın və ailəsinin təhlükəsizliyini təmin edən saray qulluqçularının yaşadığı ərazi olub.

10 il davam edən bərpa prosesi nəticəsində bu unikal məkan yenidən canlandırılıb və Osmanlı İmperiyasının “kölgə qəhrəmanları” adlandırılan Qara Eunuxların həyatına işıq salan zəngin bir ekspozisiya yaradılıb.

1665-ci ildə baş vermiş Böyük Hərəm Yanğından sonra IV Mehmedin dövründə yenidən inşa edilən palata, əl oyma naxışları və Ədirnəkari şkafları ilə dövrün memarlıq dəst-xəttini əks etdirir. Girişdəki “Bismillah” və “Ya müfettihe’l-ebvab iftah lena hayre’l-bab” duası isə həm mənəvi, həm də estetik mesajlar verir.

Palatanın müxtəlif mərtəbələrində ağaların rütbəsinə uyğun yerləşdirilmiş otaqlar ziyarətçilərə dövrün saray həyatını, sosial iyerarxiyasını və estetik zövqünü hiss etdirir. Bu ərazi əvvəllər yalnız sultan və yaxın çevrəsinə aid şəxslərin daxil ola bildiyi ən məxfi sahələrdən biri olub.

Bərpa prosesi peşəkar sənətşünaslar, memarlar və konservatorlar tərəfindən aparılıb. Bütün işlər orijinal struktura və materiallara sadiq qalmaqla həyata keçirilib. Ekspozisiya təkcə memarlıq elementləri ilə deyil, həm də mum fiqurlar, dövr əşyaları, arxiv görüntüləri və divar təsvirləri ilə zənginləşdirilib.

Qeyd edək ki, hazırda Qara Hədimlər Palatası çərşənbə axşamı istisna olmaqla, hər gün saat 09:00-dan 17:30-a qədər ziyarətçilərin üzünə açıqdır. Bu, həm tarix sevərlər, həm də Osmanlı saray həyatının az bilinən tərəflərinə maraq göstərənlər üçün nadir fürsətdir.

Məqalədə: #Türkiyə

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.