8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə ilə Suriya arasında birbaşa avtomobil nəqliyyatı 13 ildən sonra bərpa edilib

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə ilə Suriya arasında fasiləsiz beynəlxalq quru yol daşımalarının 13 ildən sonra yenidən başladığını bildirib. Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Suriya arasındakı quru yolu daşımaları ilə bağlı məlumat verib. Uraloğlu iki ölkə arasında daşımaların bir müddətdir fasiləli şəkildə həyata keçirildiyini xatırladıb.

29 Avqust 2025 17:18
Türkiyə ilə Suriya arasında birbaşa avtomobil nəqliyyatı 13 ildən sonra bərpa edilib

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə ilə Suriya arasında fasiləsiz beynəlxalq quru yol daşımalarının 13 ildən sonra yenidən başladığını bildirib.

AzerVoice xəbər verir ki, Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Suriya arasındakı quru yolu daşımaları ilə bağlı məlumat verib. Uraloğlu iki ölkə arasında daşımaların bir müddətdir fasiləli şəkildə həyata keçirildiyini xatırladıb.

"Türkiyə ilə Suriya arasında 13 il fasilədən sonra fasiləsiz beynəlxalq quru yolu daşımaları yenidən başladı. Dünən Cilvəgözü Sərhəd Qapısından 4 yük maşını Mersindən Hələbə, 3 yük maşını isə İdlibdən Mersinə getmək üçün keçid etdi." - deyə Uraloğlu vurğulayıb.

Uraloğlu bildirib ki, Suriyada 2011-ci ildə başlayan daxili qarşıdurmalar səbəbilə daşımalar əvvəlcə dayanma nöqtəsinə gəlib, daha sonra isə tamamilə dayandırılıb. Bu illər ərzində sərhəd qapısındakı yüklər yalnız yük dəyişdirmə üsulu ilə daşınıb.

Nazir əlavə edib ki, 2024-cü ilin dekabrında Suriyada baş verən inkişaflardan sonra daşımaların yenidən başlaması üçün prosesə start verilib. 27–29 iyun tarixlərində İstanbulda keçirilən Qlobal Nəqliyyat Dəhlizləri Forumu çərçivəsində Suriya ilə quru yol daşımaları sahəsində anlaşma memorandumu imzalanıb.

Uraloğlu, 9 iyulda Cilvəgözü Sərhəd Qapısında texniki səviyyədə görüş keçirildiyini və həmin görüşdə keçid şərtlərinin müəyyənləşdirildiyini bildirərək, bu gün artıq sahədə əməli mərhələyə keçildiyini vurğulayıb.

Eyni zamanda, Uraloğlu daşımaların yenidən başlaması ilə Türk və Suriya nömrə nişanlı nəqliyyat vasitələrinin sərhəddə yük dəyişdirməyə ehtiyac qalmadan birbaşa təyinat nöqtələrinə çatacağını bildirib.

Məqalədə: #Abdulkadir Uraloğlu #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriyada terrorla mübarizə #Suriyada hərbi əməliyyatlar 2025 #Türkiyənin Suriya siyasəti #Suriya inqilabı #Suriya hökuməti

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.