5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə XİN Əfqanıstan zəlzələsi ilə bağlı bəyanat paylaşıb

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 6 bal gücündə olduğunu və Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Əfqanıstan-Pakistan sərhədi yaxınlığında, yerin 8 kilometr dərinliyində baş verdiyini açıqlayıb. Yerli rəsmilər bu zəlzələni ölkə tarixindəki ən güclü təbii fəlakətlərdən biri kimi qiymətləndiriblər. Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında zəlzələ nəticəsində ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2500-ü keçdiyini bildirib. O, həmçinin ölkənin zərər çəkmiş bölgələrində xilasetmə və yardım əməliyyatlarının davam etdiyini qeyd edib.

1 Sentyabr 2025 16:46
Türkiyə XİN Əfqanıstan zəlzələsi ilə bağlı bəyanat paylaşıb

BAKI, AzerVoice, Nərmin Ağayeva

Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanın şərqindəki Kunar əyalətində, Cəlalabad şəhəri yaxınlığında 31 avqust gecəsi baş verən 6 bal gücündə zəlzələ ilə bağlı bəyanat yayıb.

AzerVoice xəbər verir ki, bəyanatda “Əfqanıstanda baş verən bu dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həyatını itirməsi bizi dərindən kədərləndirir. Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Əfqanıstan xalqına və onların yaxınlarına dərin hüznlə başsağlığı veririk.” - deyə bildirilib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 6 bal gücündə olduğunu və Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Əfqanıstan-Pakistan sərhədi yaxınlığında, yerin 8 kilometr dərinliyində baş verdiyini açıqlayıb. Yerli rəsmilər bu zəlzələni ölkə tarixindəki ən güclü təbii fəlakətlərdən biri kimi qiymətləndiriblər.

Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında zəlzələ nəticəsində ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2500-ü keçdiyini bildirib. O, həmçinin ölkənin zərər çəkmiş bölgələrində xilasetmə və yardım əməliyyatlarının davam etdiyini qeyd edib.

Qeyd edək ki, Əfqanıstanda son illərdə baş verən təbii fəlakətlər, xüsusilə zəlzələlər ölkədəki infrastrukturun zəifliyi və humanitar böhran səbəbindən böyük itkilərə səbəb olur, bu da beynəlxalq yardım təşkilatlarının dəstəyinə ehtiyacı daha da artırır.

Məqalədə: #Türkiyə #zəlzələ #Əfqanıstan #Fövqəladə vəziyyət #Təbii Fəlakət #Zəlzələ Xəbərləri #ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) #Zəlzələ diplomatiyası #zəlzələ fay xətti

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.