8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Beynəlxalq ictimaiyyət Qəzzaya görə məsuliyyət daşıyır - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzza şəhərində quru əməliyyatı başlatması ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada, İsrailin hücumları qətiyyətlə pislənib, və qeyd olunub ki, bu quru əməliyyatı, bir milyondan çox fələstinlinin sığındığı Qəzza şəhərində davam edən qətliamların daha da şiddətlənməsinə səbəb olacaq. Həmçinin vurğulanıb ki, əməliyyat yüz minlərlə fələstinlinin bir daha yerindən-yurdundan didərgin düşməsinə gətirib çıxaracaq və bölgədəki insani böhranı daha da dərinləşdirəcək.

16 Sentyabr 2025 17:25
Beynəlxalq ictimaiyyət Qəzzaya görə məsuliyyət daşıyır - Türkiyə XİN

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzza şəhərində quru əməliyyatı başlatması ilə bağlı yazılı açıqlama yayıb.

AzerVoice xəbər verir ki, açıqlamada, İsrailin hücumları qətiyyətlə pislənib, və qeyd olunub ki, bu quru əməliyyatı, bir milyondan çox fələstinlinin sığındığı Qəzza şəhərində davam edən qətliamların daha da şiddətlənməsinə səbəb olacaq.

Həmçinin vurğulanıb ki, əməliyyat yüz minlərlə fələstinlinin bir daha yerindən-yurdundan didərgin düşməsinə gətirib çıxaracaq və bölgədəki insani böhranı daha da dərinləşdirəcək.

Beynəlxalq ictimaiyyətin hazırda əsir-məhbus mübadiləsi və fasiləsiz humanitar yardımın çatdırılmasını təmin edəcək atəşkəs razılaşması üçün səylər göstərdiyi bir dövrdə, belə bir əməliyyatın həyata keçirilməsi, İsrailin atəşkəslə maraqlanmadığını bir daha nümayiş etdirir, – deyə açıqlamada qeyd olunub.

Nazirlik, Qəzzada təcili atəşkəsin təmin olunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyətləri tərəddüdsüz şəkildə yerinə yetirməsinin zəruriliyini bildirib.

“Bu məqsədlə beynəlxalq hüquqa hörmət edən ölkələrlə əməkdaşlığımızı davam etdirəcəyik.” - deyə sonda qeyd edilib.

Məqalədə: #Qəzza zolağı #Türkiyə XİN #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Netanyahu 7 Oktyabr istintaqı #İsrail və Qəzza münaqişəsi #İsrailin Qəzza siyasəti #Türkiyə XİN açıqlaması #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi #Qəzza humanitar böhran İsrailə keçdi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.