6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

TROY kartlarının sayı 67 milyona çatıb

Türkiyənin milli ödəniş sistemi TROY loqolu kartların sayı 67 milyona çatıb. Türkiyənin Banklararası Kart Mərkəzinin (BKM) baş direktoru Ozan Deniz, kartlı ödənişlərdə TROY-un 20 faizlik bazar payı əldə etdiyini və yaxın dövrdə sistemin xaricdə də keçərli olacağına dair işlərin başlandığını açıqlayıb.

18 Sentyabr 2025 12:49
TROY kartlarının sayı 67 milyona çatıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin milli ödəniş sistemi TROY loqolu kartların sayı 67 milyona çatıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Banklararası Kart Mərkəzinin (BKM) baş direktoru Ozan Deniz, kartlı ödənişlərdə TROY-un 20 faizlik bazar payı əldə etdiyini və yaxın dövrdə sistemin xaricdə də keçərli olacağına dair işlərin başlandığını açıqlayıb.

Deniz bildirib ki, TROY-un inkişafında həm vətəndaşların etimadı, həm də dövlətin və bankların dəstəyi həlledici rol oynayıb.

“Artıq ölkə daxilində hər 100 lirənin 20-si TROY ilə ödənilir. Bu, həm iqtisadi müstəqillik, həm də texnoloji azadlıq baxımından böyük qazanclardır”- deyə o bildirib.

Deniz, TROY-un xaricdə istifadəsinin mobil operatorların rouminq modeli ilə həyata keçiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, yaxın coğrafiya və xüsusilə Türk dövlətlərində TROY-un istifadəsi üçün ilkin təmaslara başlanılıb.

BKM rəhbəri qeyd edib ki, TROY sadəcə plastik kart deyil, həm də NFC, QR kod, rəqəmsal cüzdan inteqrasiyası kimi müasir texnologiyalarla təchiz olunub. Bundan əlavə, nəqliyyat və gündəlik alış-verişlərdə endirim kampaniyaları ilə kartın cəlbediciliyi artırılacaq.

Deniz, TROY-un strateji planlarını açıqlayaraq üç mərhələli hədəfləri qeyd edib:

  • Qısamüddətli: Hər kart sahibinin cibində bir TROY kartı olması və əməliyyatların ən az 25 faizinin TROY ilə aparılması.
  • Ortamüddətli: Türkiyədə bazar liderliyinin əldə olunması.
  • Uzunmüddətli: TROY-un ixrac edilməsi və beynəlxalq ödəniş şəbəkəsinə çevrilməsi.

“Bu sistemlə həm milli iqtisadiyyata milyardlarla lirə qənaət edilir, həm də vətəndaşlarımız qlobal standartlarda, təhlükəsiz ödəniş imkanı əldə edirlər”- deyə Deniz əlavə edib.

Məqalədə: #Türkiyə #TROY #Türkiyənin Banklararası Kart Mərkəzi #Ozan Deniz #Bankalararası Kart Mərkəzi #xaricdə TROY #TROY NFC ödəniş #TROY kampaniyaları #TROY Türk dövlətləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.