7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Yaxın Şərqdə davamlı sülh üçün Fələstinin müstəqilliyi vacibdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub. Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.

22 Sentyabr 2025 17:23
Yaxın Şərqdə davamlı sülh üçün Fələstinin müstəqilliyi vacibdir - Ərdoğan

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub.

AzerVoice xəbər verir ki, Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.

Ərdoğanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının yalnız beş daimi üzvün iradəsinə tabe olan hazırkı qərar mexanizmi qlobal ədalətsizliyin əsas səbəblərindən biridir və bu qurum təcili islahata məruz qalmalıdır.

O, həmçinin bildirib ki, Türkiyə xarici siyasətində dialoq və vasitəçilik diplomatiyasını ön plana çıxarır. Qara dəniz taxıl təşəbbüsü bunun uğurlu nümunəsidir. Türkiyə Cənubi Qafqazdan Afrikaya, Yaxın Şərqdən Balkanlara qədər geniş bir coğrafiyada sülh və ədalət üçün məsuliyyət daşımaqdan çəkinmir.

Ərdoğan qeyd edib ki, Türkiyənin diplomatiya yanaşması yalnız münaqişələrin həlli ilə məhdudlaşmır, həm də humanitar sahədə özünü göstərir. Türkiyə dünyada ən çox humanitar yardım edən ölkələrdən biri olaraq bu istiqamətdə öhdəliklərini davam etdirəcək.

Ərdoğan İsrailin Qəzzadakı davamlı işğalını və tətbiq etdiyi blokadanı “bəşəriyyət vicdanının ən böyük sınağı” adlandıraraq, beynəlxalq ictimaiyyətin bu vəziyyətə qarşı daha qətiyyətli və səmimi mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ədalətli bir sülh, yalnız Fələstin xalqının 1967-ci il sərhədləri çərçivəsində, ərazi bütövlüyünə malik və paytaxtı Şərqi Qüds olan müstəqil bir dövlətə sahib olması ilə mümkündür. Bu, Yaxın Şərqdə dayanıqlı sülh və sabitlik üçün bir zərurətdir.

“Dünya dövlətlərinə çağırışımız nettir: Fələstin dövlətini tanıyın. Bu tanınma, işğal, blokada və zülmə qarşı verilə biləcək ən güclü cavabdır.”- deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti, Fələstini tanıyacağını açıqlayan ölkələri təbrik etdiyini, bu qərarların ardıcıl olmasını və konkret addımlarla dəstəklənməsini gözlədiyini də vurğulayıb.

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Fələstin #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.