5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankaranın paytaxt elan edilməsindən 102 il ötür

Ankara, İstiqlal müharibəsi dövründə Anadolu torpaqlarında yerləşən kiçik bir şəhərdən, müasir Türkiyənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə şəhər milli mübarizənin qərargahına çevrilərək, sonralar “Cümhuriyyətin ürəyi” kimi simvolik məna qazanıb.

13 Oktyabr 2025 12:35
Ankaranın paytaxt elan edilməsindən 102 il ötür

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin paytaxtı Ankara bu gün paytaxt elan edilməsinin 102-ci ildönümünü qeyd edir.

AzerVoice xəbər verir ki, 13 oktyabr 1923-cü ildə qəbul edilən qərarla Ankara, yeni yaranan Türkiyə Cümhuriyyətinin siyasi və inzibati mərkəzi elan olunmuşdu.

İsmət İnönü və onunla birlikdə hərəkət edən 14 millət vəkili həmin il Böyük Millət Məclisinə qanun layihəsi təqdim etmiş, təklif səs çoxluğu ilə qəbul edilərək Ankara rəsmi şəkildə Türkiyənin paytaxtı olmuşdu.

Ankara, İstiqlal müharibəsi dövründə Anadolu torpaqlarında yerləşən kiçik bir şəhərdən, müasir Türkiyənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə şəhər milli mübarizənin qərargahına çevrilərək, sonralar “Cümhuriyyətin ürəyi” kimi simvolik məna qazanıb.

Türkiyənin müxtəlif bölgələrində keçirilən tədbirlərdə və sosial media platformalarında Ankaranın paytaxt elan edilməsinin ildönümü geniş qeyd edilir. Rəsmi şəxslər və ictimai xadimlər tərəfindən yayılan təbriklərdə Ankara “milli iradənin simvolu”, “azadlıq və müasirliyin paytaxtı” kimi qiymətləndirilir.

Ankaranın paytaxt elan edilməsi qərarı təkcə coğrafi yox, həm də siyasi və tarixi baxımdan mühüm dönüş nöqtəsi idi. Bu addım Osmanlı dövrünün mərkəzləşmiş idarəçilik sistemindən imtina edərək, müasir Türkiyə dövlətinin təməlini qoydu.

Bu gün Ankara həm tarixi mirasın daşıyıcısı, həm də Cümhuriyyət dəyərlərinin qoruyucusu kimi Türkiyənin gələcəyinə istiqamət verən şəhər hesab olunur.

Məqalədə: #Türkiyə #Ankara #Mustafa Kamal Atatürk #Ankaranın paytaxt elan edilməsi #Ankaranın 102 illiyi #Ankaranın ildönümü #Türkiyə tarixi #Türkiyənin siyasi mərkəzi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.