8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Beynəlxalq ictimaiyyətin əsas prioriteti Qəzzadakı atəşkəsi qorumaq olmalıdır - Türkiyə

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndə müavini Aslı Güvən bildirib ki, beynəlxalq ictimaiyyət “Qəzzadakı atəşkəsin qorunması” məsələsini ən vacib prioriteti kimi görməlidir. Güvən, BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında çıxış edib. Türkiyənin Qəzzada atəşkəsin əldə olunmasını məmnunluqla qarşıladığını bildirən Güvən, atəşkəs razılaşmasının “tam və dərhal həyata keçirilməsinə” çağırıb.

24 Oktyabr 2025 09:30
Beynəlxalq ictimaiyyətin əsas prioriteti Qəzzadakı atəşkəsi qorumaq olmalıdır - Türkiyə

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndə müavini Aslı Güvən bildirib ki, beynəlxalq ictimaiyyət “Qəzzadakı atəşkəsin qorunması” məsələsini ən vacib prioriteti kimi görməlidir.

AzerVoice xəbər verir ki, Güvən, BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında çıxış edib.

Türkiyənin Qəzzada atəşkəsin əldə olunmasını məmnunluqla qarşıladığını bildirən Güvən, atəşkəs razılaşmasının “tam və dərhal həyata keçirilməsinə” çağırıb.

“Beynəlxalq ictimaiyyət olaraq ən mühüm prioritetimiz, uzun müddətdir gözlənilən və çətinliklə əldə edilən bu atəşkəsi nə bahasına olursa olsun qorumaq olmalıdır.” - deyə o qeyd edib.

İşğal altındakı İordan çayının Qərb sahilində atəşkəsin pozulmasının və fələstinli torpaqlarını mənimsəyən israillilərin zorakılığının qarşısını almağın vacibliyindən danışan Güvən, İsrailin Livan, Suriya və daha geniş bölgəyə qarşı həyata keçirdiyi hücumların və sabitliyi pozan siyasətlərin dayandırılmasının da zəruri olduğunu vurğulayıb.

Aslı Güvən əlavə edib ki, Qəzza ilə bağlı ikinci prioritet bölgəyə humanitar yardımların fasiləsiz şəkildə çatdırılmasını təmin etmək və BMT ilə əlaqədar qurumlarla sıx koordinasiya şəraitində yenidənqurma işlərinə dərhal başlamaq olmalıdır.

Daimi Nümayəndə Müavini bu kontekstdə bildirib ki, Türkiyə 14 oktyabrda təxminən 870 ton ərzaq daşıyan humanitar yardım gəmisini bölgəyə göndərib və hazırda türk komandaları ərazidə dağıntıların təmizlənməsi və bərpa işlərində iştirak edirlər.

“Qarşıdakı dövrdə Qəzzaya əhəmiyyətli miqdarda humanitar yardım göstərməyə davam edəcəyik və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində yenidənqurma işlərinə töhfə verməyə hazırıq.” - deyə Güvən əlavə edib.

Bundan əlavə, Aslı Güvən qeyd edib ki, Türkiyə Beynəlxalq Ədalət Məhkəməsinin (UAD) İsrailin işğal altındakı fələstinli torpaqlarla bağlı öhdəliklərinə dair dünən açıqladığı qərarı məmnunluqla qarşılayır və

Məqalədə: #Türkiyə #Qəzza #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #AFAD Qəzzaya humanitar yardım

Mövzu üzrə digər xəbərlər

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.