7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Yunanıstanın qeyri-hüquqi addımını rədd edir - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanın Avropa Birliyi (AB) Dəniz Məkan Planlama (DMP) Platforması vasitəsilə Türkiyənin dəniz səlahiyyət zonalarını pozan bir xəritəni qəbul etdirməyə çalışmasına sərt etiraz edib. Sözçü sosial media hesabında açıqlama verərək Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə uyğun aparılan Dəniz Məkan Planlama işlərini yaxından izlədiyini xatırladıb. O qeyd edib ki, Türkiyə öz milli DMP-sini 16 aprel 2025-ci ildə elan edib və 12 iyun 2025-ci ildə UNESCO Hökumətlərarası Oşinografi Komissiyasına təqdim edib.

21 Noyabr 2025 11:16
Türkiyə Yunanıstanın qeyri-hüquqi addımını rədd edir - Türkiyə XİN

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanın Avropa Birliyi (AB) Dəniz Məkan Planlama (DMP) Platforması vasitəsilə Türkiyənin dəniz səlahiyyət zonalarını pozan bir xəritəni qəbul etdirməyə çalışmasına sərt etiraz edib.

AzerVoice xəbər verir ki, Sözçü sosial media hesabında açıqlama verərək Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə uyğun aparılan Dəniz Məkan Planlama işlərini yaxından izlədiyini xatırladıb. O qeyd edib ki, Türkiyə öz milli DMP-sini 16 aprel 2025-ci ildə elan edib və 12 iyun 2025-ci ildə UNESCO Hökumətlərarası Oşinografi Komissiyasına təqdim edib.

Keçeli bildirib ki, Avropa Komissiyasının DMP Platformasının internet saytında yerləşdirilmiş və Egey dənizi ilə Şərqi Aralıq dənizində Türkiyənin dəniz səlahiyyət zonalarını pozan Yunan DMP xəritəsi “səlahiyyətli Yunanıstan orqanları”na istinad edilərək yenilənib.

“Beynəlxalq dəniz hüququnun əsas prinsiplərini gözardı edən Yunanıstan, Şərqi Aralıq dənizində rəsmi elan etmədiyi münhasir iqtisadi zonanı (MEB) DMP xəritəsini vasitə kimi istifadə edərək AB üzərindən qəbul etdirməyə çalışır. Ölkəmiz bu qeyri-hüquqi addımı rədd edir.” - deyə Keçəli qeyd edib.

“Türkiyə 18 mart 2020-ci ildə Şərqi Aralıq dənizindəki qitə şelfinin xarici sərhədlərinə dair hüquqi mövqeyini tam şəkildə BMT-yə təqdim edib. Bu baxımdan, Yunan DMP xəritəsində göstərilən sözde MEB Türkiyənin qitə şelfinə daxildir.” - deyə Keçeli əlavə edib.

Sözçü bildirib ki, Yunanıstanın bu MEB təsəvvürləri və qonşuları ilə sərhədləndirmədiyi qitə şelfinin xarici sərhədlərini DMP xəritəsinə daxil edərək qanuni etmək cəhdləri beynəlxalq hüquqa zidd və nəticəsizdir.

Məqalədə: #Türkiyə XİN #Yunanıstan #Avropa Birliyi #Öncü Keçeli #Türkiyə-Yunanıstan münasibətləri #Türkiyə XİN açıqlaması #Türkiyə Yunanıstan geosiyasi rəqabəti

Mövzu üzrə digər xəbərlər

Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb
Livan

Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

31 Avqust 20:42
Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb
Digər Xəbərlər

Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

14 Avqust 20:39
Türkiyə XİN Kiprə xəbərdarlıq edib
Türkiyə

Türkiyə XİN Kiprə xəbərdarlıq edib

29 İyul 16:12
Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb
Digər Dövlətlər

Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

20 İyul 20:40

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.