8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Kızılelma döyüş təyyarəmiz dünya aviasiyasında tarixi dönüş yaratdı - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankara Beştəpədə keçirilən iclasından sonra verdiyi açıqlamada ölkənin müdafiə sənayesində əldə olunan irəliləyişləri, xüsusilə də “KIZILELMA” pilotsuz döyüş təyyarəsinin dünya aviasiyasındakı “tarixi nailiyyətini” diqqətə çatdırıb.

2 Dekabr 2025 21:21
Kızılelma döyüş təyyarəmiz dünya aviasiyasında tarixi dönüş yaratdı - Ərdoğan

Bakı, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankara Beştəpədə keçirilən iclasından sonra verdiyi açıqlamada ölkənin müdafiə sənayesində əldə olunan irəliləyişləri, xüsusilə də “Kızılelma” pilotsuz döyüş təyyarəsinin dünya aviasiyasındakı “tarixi nailiyyətini” diqqətə çatdırıb.

AzerVoice xəbər verir ki, prezident bildirib ki, qlobal sistemdəki çatların dərinləşdiyi, bölgədə müharibə, siyasi və iqtisadi dalğalanmaların ara vermədiyi bir dövrdə Türkiyə sabitlik, sülh və təhlükəsizlik adası olaraq mövqeyini qorumağı bacarır. Onun sözlərinə görə, Türkiyə ətrafındakı qeyri-sabitlik fonunda region proseslərinin mərkəzində yerləşir və bütün çağırışlara baxmayaraq inkişaf xəttini davam etdirir.

Ərdoğan çıxışı zamanı milli müdafiə sənayesində əldə edilən uğurları xüsusi vurğulayaraq bildirib:
“Keçən həftə sonu ‘Kızılelma’ pilotsuz döyüş təyyarəmiz dünya aviasiyası tarixində tarixi bir irəliləyişə imza atdı.”

Türkiyə lideri həmçinin iqtisadi göstəricilərə toxunaraq ölkədə ümumi inkişaf dinamikasının gücləndiyini qeyd edib. O bildirib ki, milli gəlirin 238 milyard dollardan 1,5 trilyon dollara yüksəlməsi ölkənin son illərdəki ən böyük iqtisadi sıçrayışlarından biridir. 2028-ci il üçün hədəfin 1,9 trilyon dollarlıq ÜDM olduğunu qeyd edən Ərdoğan TÜİK-in elan etdiyi 3,7 faiz üçüncü rüb artımının doğru istiqamətdə irəlilədiklərini göstərdiyini deyib.

Prezident əlavə edib ki, hökumət terrorun aradan qaldırılması istiqamətində qətiyyətini davam etdirir və bunun ölkənin iqtisadi yüksəlişi, ictimai barış və qardaşlıq üçün ən böyük maneələrdən birini aradan qaldıracağına inanır.

Avropa İttifaqına üzvlüklə bağlı danışan Ərdoğan bildirib ki, bütün maneələrə baxmayaraq, tamhüquqlu üzvlük Ankaranın strateji prioriteti olaraq qalır.

Regiondakı təhlükəsizlik məsələlərinə də toxunan dövlət başçısı Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə gəmiçilik təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirib:
“Xüsusi iqtisadi zonamızda ticarət gəmilərinə edilən hücumlar vəziyyətin təhlükəli şəkildə kəskinləşdiyini göstərir. Bu hücumları heç bir şəkildə qəbul edə bilmərik.”

Ərdoğan çıxışını Türkiyənin həm regional, həm də qlobal çağırışlar qarşısında güclənərək irəlilədiyini vurğulayaraq tamamlayıb.

Məqalədə: #Ərdoğan: KIZILELMA dünya aviasiyasında tarixi dönüş yaratdı #Türkiyə Prezidenti: Sabitlik adası olaraq yolumuza davam edirik #Ərdoğan müdafiə sənayesində tarixi nailiyyəti elan etdi #Ərdoğan: Türkiyənin ÜDM-i 1 #5 trilyon dollara yüksəldi #Prezident Ərdoğan Qara dənizdəki hücumlarla bağlı xəbərdarlıq etdi #Ərdoğan KIZILELMAnın dünya aviasiyasında yaratdığı tarixi nailiyyəti açıqladı #Türkiyə iqtisadiyyatı 21 rübdür böyüyür – Ərdoğan detalları açıqladı #Prezident: Türkiyə bölgədə sabitliyin mərkəzidir #Qara dənizdə gəmilərə hücumlar – Ərdoğan ciddi xəbərdarlıq etdi #Müdafiə sənayesində yeni dövr: KIZILELMA tarixi imza atdı #Эрдоган: KIZILELMA совершил исторический прорыв в авиации #Турция увеличила ВВП до 1 #5 трлн долларов — заявление Эрдогана #Эрдоган осудил атаки на суда в Черном море #Президент Турции: регион охвачен нестабильностью #Эрдоган подтвердил приоритет полного членства в ЕС

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.