7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü və danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Məlumata görə, İstanbulda baş tutan görüş Qəzzada atəşkəs razılaşması çərçivəsində təşkil olunub. HƏMAS nümayəndə heyəti atəşkəs şərtlərinə əməl etdiklərini bildirərək, İsrail tərəfinin pozuntuları barədə MİT rəhbərinə məlumat verib.

20 Dekabr 2025 21:10
MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü və danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AzerVoice -un verdiyi məlumata görə, İstanbulda baş tutan görüş Qəzzada atəşkəs razılaşması çərçivəsində təşkil olunub. HƏMAS nümayəndə heyəti atəşkəs şərtlərinə əməl etdiklərini bildirərək, İsrail tərəfinin pozuntuları barədə MİT rəhbərinə məlumat verib.

Görüş zamanı Türkiyənin zəmanətçi ölkə kimi Qəzzada atəşkəsin qorunması istiqamətində apardığı intensiv fəaliyyətə xüsusi diqqət yetirilib, İsrail tərəfindən mümkün pozuntuların qarşısının alınması yolları müzakirə edilib.

Tərəflər Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid üçün zəruri şərtlərin yaradılması, mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardım barədə məlumat təqdim olunub, regional ölkələr və beynəlxalq təşkilatlarla birgə, xüsusilə çadır təminatı da daxil olmaqla, humanitar yardımın genişləndirilməsi məsələləri müzakirə edilib.

Sonda tərəflər Fələstin daxilində milli barışığın vacibliyini və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinin qorunmasının zəruriliyini bir daha vurğulayıblar.

Məqalədə: #MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşdü #Türkiyə Qəzzada atəşkəsin qorunması üçün səyləri artırır #İstanbulda MİT–HƏMAS görüşü keçirildi #Türkiyənin Qəzza atəşkəsində rolu: yeni məsləhətləşmələr #MİT rəhbəri Qəzza sülh prosesi üzrə danışıqlar apardı #Atəşkəsin ikinci mərhələsi gündəmdə #MİT və HƏMAS Qəzza atəşkəsini müzakirə etdi #Türkiyə Qəzza üzrə zəmanətçi rolunu vurğuladı #Глава разведки Турции встретился с делегацией ХАМАС #Turkey’s Intelligence Chief Meets Hamas Delegation in Istanbul #MIT Head Holds Talks with Hamas on Gaza Ceasefire #Turkey Discusses Gaza Truce with Hamas Representatives

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.