7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Mövcud yanaşma davam edərsə, Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Ankaraya münasibətində köklü dəyişiklik olmadığı təqdirdə üzvlük perspektivinin real görünmədiyini bildirib. Hakan Fidan Avropa İttifaqının Türkiyəyə münasibətdə “kimlik siyasəti”nə əsaslanan yanaşmanı davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Aİ institusional baxımdan milli sərhədləri aşan quruma çevrilsə də, mədəni və sivilizasiya baxımından inklüziv model formalaşdıra bilməyib. Fidan qeyd edib ki, Türkiyə məsələsində fərqli din və sivilizasiyaya mənsubluq arqumenti ön plana çəkilir və bu da üzvlük prosesinin əsas maneəsinə çevrilir.

26 Yanvar 2026 18:42
Mövcud yanaşma davam edərsə, Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil - Hakan Fidan
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Ankaraya münasibətində köklü dəyişiklik olmadığı təqdirdə üzvlük perspektivinin real görünmədiyini bildirib.

AzerVoice xəbər verir ki, nazir bu fikirləri “Sky News Arabia” telekanalına müsahibəsində səsləndirib.

Hakan Fidan Avropa İttifaqının Türkiyəyə münasibətdə “kimlik siyasəti”nə əsaslanan yanaşmanı davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Aİ institusional baxımdan milli sərhədləri aşan quruma çevrilsə də, mədəni və sivilizasiya baxımından inklüziv model formalaşdıra bilməyib. Fidan qeyd edib ki, Türkiyə məsələsində fərqli din və sivilizasiyaya mənsubluq arqumenti ön plana çəkilir və bu da üzvlük prosesinin əsas maneəsinə çevrilir.

Nazir Suriyada Bəşşar Əsədin ölkəni tərk etməsindən sonra yaranmış yeni vəziyyətə də toxunub. Bildirib ki, Türkiyə və region ölkələri Şamda formalaşan yeni idarəçiliklə bağlı adlardan asılı olmayan, prinsiplərə əsaslanan mövqe sərgiləyir. Fidan Suriya üzrə dörd əsas prioritet ətrafında regional uzlaşmanın əldə olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu prioritetlər Suriyanın qonşular üçün təhlükə yaratmaması, terror təşkilatları ilə əməkdaşlıq etməməsi, azlıqlara və dini qruplara qarşı zorakılığa yol verilməməsi və ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Nazir qeyd edib ki, bu tələblər Suriya prezidenti Əhməd əş-Şəraaya çatdırılıb və Dəməşq rəhbərliyi tərəfindən məqbul hesab edilib.

Hakan Fidan Türkiyə üçün miqrasiya və terrorla mübarizənin əsas iki strateji məsələ olduğunu vurğulayıb. O əlavə edib ki, bu yanaşma yalnız Ankaranın deyil, həm də region ölkələri və beynəlxalq tərəfdaşların ümumi gözləntisidir. Nazir Avropa və ABŞ tərəflərinin də prosesə cəlb olunduğunu və məqsədin Suriyada formalaşacaq istənilən hökumətdən gözləntilərin aydın şəkildə müəyyənləşdirilməsi olduğunu bildirib.

Məqalədə: #Hakan Fidan: Bu zihniyetle Türkiye AB üyesi olamaz #Türkiye’den AB’ye net mesaj: Kimlik siyaseti engel #Fidan AB’nin Türkiye tutumunu eleştirdi #Ankara’dan Brüksel’e üyelik uyarısı #Türkiye-AB ilişkilerinde üyelik çıkmazı #Fidan’dan Avrupa Birliği değerlendirmesi #Hakan Fidan: Mövcud siyasətlə Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil #Türkiyədən Aİ-yə açıq mesaj: əsas maneə kimlik siyasətidir #Fidan Aİ-nin Türkiyəyə münasibətini tənqid etdi #Ankara: Avropa İttifaqı yanaşmanı dəyişməlidir #Türkiyə-Aİ münasibətlərində üzvlük böhranı dərinləşir #Fidan Aİ üzvlüyü ilə bağlı real mənzərəni açıqladı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
Yəmən husilərdən təmizlənir - qubernator
Yəmən husilərdən təmizlənir - qubernator
13:20
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
13:10
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.