6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi

Türkiyədə Milli texnoloji müstəqillik ideyasının formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri olan Özdemir Bayraktarın həyat və mübarizə yolu ilk dəfə genişmiqyaslı sənədli film formatında ictimaiyyətə təqdim olunub. Baykar şirkətinin təsisçisi, mərhum Özdemir Bayraktarın həyat hekayəsindən bəhs edən “Özdemir Bayraktar, Bu Dünyadan Bir Akıncı Keçdi” adlı sənədli film yayımlanıb.

7 Fevral 2026 19:47
Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyədə Milli texnoloji müstəqillik ideyasının formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri olan Özdemir Bayraktarın həyat və mübarizə yolu ilk dəfə genişmiqyaslı sənədli film formatında ictimaiyyətə təqdim olunub.

AzerVoice xəbər verir ki, Baykar şirkətinin təsisçisi, mərhum Özdemir Bayraktarın həyat hekayəsindən bəhs edən “Özdemir Bayraktar, Bu Dünyadan Bir Akıncı Keçdi” adlı sənədli film yayımlanıb.

Baykar tərəfindən Özdemir Bayraktarın xatirəsinə həsr olunan sənədli film onun tam müstəqil Türkiyə idealına bağlı ömür yolunu, prinsipial mövqeyini və pilotsuz uçuş aparatlarının yaradılması prosesində üzləşdiyi ciddi bürokratik və hərbi maneələri ətraflı şəkildə əks etdirir. Ekran işində Bayraktarın mübariz xarakteri və ölkənin müdafiə sənayesində dönüş nöqtəsi sayılan texnoloji təşəbbüslər geniş faktoloji materiallarla təqdim olunur.

Sənədli film üç il davam edən araşdırma və çəkiliş prosesindən sonra tamamlanıb. İstanbul, Ankara, İzmir və Antalya şəhərlərində aparılan çəkilişlər çərçivəsində geniş arxiv araşdırması aparılıb və Özdemir Bayraktara aid indiyədək yayımlanmamış görüntülər ilk dəfə tamaşaçılara təqdim edilib. Filmdə Bayraktar ailəsinin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yerləşən hərbi bazalarda hərbçilərlə birgə apardığı pilotsuz uçuş aparatları üzrə texniki işlər də ətraflı şəkildə işıqlandırılır.

Sənədli filmdə Türkiyənin müxtəlif bölgələrində keçirilən çəkilişlər zamanı 47 tanınmış şəxsin müsahibəsinə yer verilib. Dövrün yüksək rütbəli hərbçiləri, dövlət məmurları, siyasətçilər, yaxın dostları və ailə üzvləri Özdemir Bayraktarın müdafiə sənayesində texnoloji irəliləyişlər naminə apardığı mübarizəyə dair şəxsi xatirələrini bölüşüblər. Film xüsusilə gənc sahibkarlar üçün əzmkarlıq və ardıcıl mübarizənin real nümunəsi kimi təqdim olunur.

Sənədli filmlə eyni adı daşıyan “Özdemir Bayraktar, Bu Dünyadan Bir Akıncı Keçdi” adlı kitab da paralel olaraq oxuculara təqdim edilib. Kitab Milli Texnologiya Hərəkatının tarixi inkişaf mərhələlərini əks etdirən əhatəli tədqiqat xarakteri daşıyır. Nəşrdə arxiv materialları, nadir fotolar və ilk dəfə ictimaiyyətə açıqlanan sənədlər yer alıb.

Sənədli filmin premyerası Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində keçirilən xüsusi nümayiş zamanı baş tutub. Film Baykarın rəsmi YouTube kanalında, həmçinin bir sıra rəqəmsal platformalarda yayımlanır. Beynəlxalq auditoriya üçün ingilis, ərəb, rus və ukrayna dillərində altyazı imkanları yaradılıb. Sənədli filmin yaxın dövrdə televiziya kanallarında və digər rəqəmsal yayım platformalarında da nümayişi nəzərdə tutulur.

Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi
Məqalədə: #Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi #Baykarın təsisçisinə həsr olunan sənədli film yayımlandı #Milli texnologiya tarixini əks etdirən sənədli film təqdim olundu #Özdemir Bayraktarın mübarizə dolu həyatı ekrana daşındı #Pilotsuz uçuş aparatları tarixinin pərdəarxası sənədli filmdə #Bayraktar irsi: texnoloji müstəqillik yolunun salnaməsi #Özdemir Bayraktar belgeseli yayında #Baykar’ın kurucusunun hayatı belgesel oldu #Milli Teknoloji Hamlesi belgeselle anlatıldı #Özdemir Bayraktar’ın mücadelesi ekrana taşındı #Bayraktar’ın hayat hikâyesi izleyiciyle buluştu #Savunma sanayisinin öncüsüne vefa belgeseli

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.