7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb

Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq keçirilən andiçmə mərasimi gərgin anlarla yadda qalıb. Ədliyyə naziri Akın Gürlek and içmək üçün kürsüyə dəvət olunduğu zaman Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri kürsüyə doğru yürüş edərək andiçməyə mane olmağa çalışıblar. Müxalifət qrupunun bu addımı parlamentdə gərginliyi pik həddə çatdırıb.

11 Fevral 2026 18:56
Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla kabinetdə baş tutan dəyişiklikdən sonra yeni nazirlər parlamentdə and içərək vəzifələrinin icrasına başlayıblar.

AzerVoice xəbər verir ki, İstanbul Cümhuriyyət Baş prokuroru vəzifəsindən Ədliyyə naziri postuna təyin olunan Akın Gürlek və Ərzurum valisi vəzifəsindən Daxili İşlər naziri təyin edilən Mustafa Çiftçi and içmək üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəliblər.

Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq keçirilən andiçmə mərasimi gərgin anlarla yadda qalıb. Ədliyyə naziri Akın Gürlek and içmək üçün kürsüyə dəvət olunduğu zaman Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri kürsüyə doğru yürüş edərək andiçməyə mane olmağa çalışıblar. Müxalifət qrupunun bu addımı parlamentdə gərginliyi pik həddə çatdırıb.

Məlumata görə, nazirlərin and içməsinə mane olmağa çalışan CHP-li deputatlar ilə AK Partiya təmsilçiləri arasında qarşıdurma və əlbəyaxa dava yaşanıb. Yaranmış xaosa baxmayaraq, təhlükəsizliyi təmin etmək üçün AK Partiyalı deputatlar kürsünün ətrafında canlı sədd qurublar. Hər iki nazir AK Partiyalı vəkillərin yaratdığı bu mühafizə halqası daxilində öz andlarını içərək vəzifələrinin icrasına başlayıblar.

Məqalədə: #Türkiyə parlamentində nazirlərin andiçmə mərasimində dava #Akın Gürlek və Mustafa Çiftçi etirazlar altında and içdi #TBMM-də gərgin anlar: Müxalifət nazirlərə mane olmağa çalışdı #Yeni nazirlər canlı sədd daxilində and içərək vəzifəyə başladı #CHP-nin etirazı və parlamentdə arbedə: Yeni nazirlər and içdi #Ərdoğanın yeni nazirləri parlamentdə qarşıdurma ilə üzləşdi #TBMM'de gergin gece: Yeni bakanlar yemin etti #Akın Gürlek ve Mustafa Çiftçi AK Parti çemberinde yemin etti #Meclis'te arbede: CHP'li vekiller kürsüye yürüdü #Yeni bakanların yemin töreninde yumruklu kavga #Adalet ve İçişleri Bakanları resmen göreve başladı #TBMM Genel Kurulu'nda bakanların yemin krizinin detayları

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.