7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və İngiltərə arasında "Eurofighter" müqaviləsi imzalanıb

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), "Eurofighter Typhoon" layihəsi çərçivəsində təyyarələrin saxlanılması və istismarına dair texniki və logistik dəstək müqaviləsinin imzalanması barədə tərəflər arasında tam razılıq əldə olunduğunu açıqlayıb. Rəsmi səfərlə Londonda olan Milli müdafiə naziri Yaşar Gülər və İngiltərənin müdafiə naziri Con Hili (John Healey) arasında keçirilən görüşdə iki ölkə arasındakı müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün əsas nəticəsi olaraq, döyüş təyyarələrinin gələcəkdə fasiləsiz istismarını təmin edəcək logistik dəstək müqaviləsi imzalanıb.

25 Mart 2026 14:39
Türkiyə və İngiltərə arasında "Eurofighter" müqaviləsi imzalanıb

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), "Eurofighter Typhoon" layihəsi çərçivəsində təyyarələrin saxlanılması və istismarına dair texniki və logistik dəstək müqaviləsinin imzalanması barədə tərəflər arasında tam razılıq əldə olunduğunu açıqlayıb.

VOA xəbər verir ki, rəsmi səfərlə Londonda olan Milli müdafiə naziri Yaşar Gülər və İngiltərənin müdafiə naziri Con Hili (John Healey) arasında keçirilən görüşdə iki ölkə arasındakı müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün əsas nəticəsi olaraq, döyüş təyyarələrinin gələcəkdə fasiləsiz istismarını təmin edəcək logistik dəstək müqaviləsi imzalanıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, "Eurofighter Typhoon" layihəsi üzrə təyyarə, avadanlıq və sursat alımına dair əsas müqavilə artıq 2025-ci ilin oktyabr ayında imzalanmışdı. Bugünkü görüşdə isə həmin təyyarələrin texniki idarəolunması və operativ fəaliyyətinin qorunması üçün zəruri olan dəstək paketləri rəsmiləşdirilib.

Tərəflər bu addımın hər iki ölkənin müdafiə sənayesi əlaqələrini daha da gücləndirəcəyini və hərbi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu ifadə ediblər.

Məqalədə: #Yaşar Gülər #Eurofighter Typhoon #Eurofighter Typhoon təyyarəsi #Eurofighter Typhoon koordinasiyası

Mövzu üzrə digər xəbərlər

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib
Cəmiyyət

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 19:44
Türkiyə 10 milyard dollardan çox müdafiə sənayesi məhsulu ixrac edib
Türkiyə

Türkiyə 10 milyard dollardan çox müdafiə sənayesi məhsulu ixrac edib

7 İyul 12:01
NATO-nun 36-cı Zirvə Toplantısı Ankarada işə başladı
Türkiyə

NATO-nun 36-cı Zirvə Toplantısı Ankarada işə başladı

7 İyul 11:01

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.