9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə genişmiqyaslı əməliyyat: Kibercinayət şəbəkəsinin 11 üzvü həbs olundu

Türkiyə Milli Kəşfiyyat Təşkilatının koordinasiyası ilə həyata keçirilən əməliyyat çərçivəsində kibercinayət şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər görülüb. Əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Kibertəhlükəsizlik İdarəsi, Jandarma Baş Komandanlığı və Maliyyə Cinayətləri Araşdırma Şurasının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslər arasında şəbəkənin texniki infrastrukturunu quran və idarə edən əsas fiqurun da olduğu bildirilir.

21 Aprel 2026 09:27
Türkiyədə genişmiqyaslı əməliyyat: Kibercinayət şəbəkəsinin 11 üzvü həbs olundu

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə Milli Kəşfiyyat Təşkilatının koordinasiyası ilə həyata keçirilən əməliyyat çərçivəsində kibercinayət şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər görülüb.

VOA xəbər verir ki, Ankara mərkəzli olmaqla 9 şəhərdə keçirilən əməliyyat nəticəsində saxlanılan 12 şübhəlidən 11-i həbs edilib, 1 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Kibertəhlükəsizlik İdarəsi, Jandarma Baş Komandanlığı və Maliyyə Cinayətləri Araşdırma Şurasının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslər arasında şəbəkənin texniki infrastrukturunu quran və idarə edən əsas fiqurun da olduğu bildirilir.

İstintaq çərçivəsində aparılan texniki araşdırmalar zamanı şəbəkənin həm ölkə daxilində, həm də xaricdə yerləşən serverlər üzərindən fəaliyyət göstərdiyi müəyyən edilib. Hüquqa zidd şəkildə şəxsi məlumatların sorğulanmasına imkan verən təxminən 40 sistemin fəaliyyəti dayandırılıb.

Əldə olunan serverlər və məlumat bazaları üzərində aparılan ekspertiza nəticəsində çoxsaylı istifadəçi məlumatları, sistem mənbə kodları və giriş qeydləri (loglar) aşkar olunub. Hazırda bu məlumatlar üzərində geniş texniki analiz davam etdirilir.

İstintaq zamanı müəyyən edilib ki, şəbəkə rəhbəri kimi tanınan A.B qurduğu sistemi “bayilik modeli” ilə yayaraq üçüncü şəxslərə satıb. Bu sistem vasitəsilə şəxsi məlumatların sorğulanması imkanı təqdim olunub və xidmətlər müxtəlif şəxslərə, o cümlədən cinayətkar qruplara ödəniş müqabilində təklif edilib.

Araşdırmalar nəticəsində 30-dan çox “bayi” şəbəkəsinin formalaşdırıldığı, həmçinin sistemdən xarici və qeyri-qanuni qurumların da istifadə etdiyi müəyyən olunub. Şəbəkə rəhbərinin istintaqla əməkdaşlıq etməsi nəticəsində cinayət sxemi və texniki mexanizmlər tam şəkildə üzə çıxarılıb.

Maliyyə təhlilləri zamanı şübhəlilərin ümumi pul dövriyyəsinin təxminən 177 milyon lirə olduğu müəyyən edilib. Şəbəkə üzvlərinin maliyyə izlərini gizlətmək üçün oflayn kripto pul kisələrindən istifadə etdiyi bildirilib.

Hazırda istintaq davam edir və əldə olunan yeni sübutlar əsasında əlavə saxlanmaların mümkün olduğu istisna edilmir.

Məqalədə: #Türkiyə #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #kibercinayətkarlıq #Jandarma Komandanlığı əməliyyatı #kibercinayətlərə qarşı əməliyyatlar

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.