Türkiyədə genişmiqyaslı əməliyyat: Kibercinayət şəbəkəsinin 11 üzvü həbs olundu
Türkiyə Milli Kəşfiyyat Təşkilatının koordinasiyası ilə həyata keçirilən əməliyyat çərçivəsində kibercinayət şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər görülüb. Əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Kibertəhlükəsizlik İdarəsi, Jandarma Baş Komandanlığı və Maliyyə Cinayətləri Araşdırma Şurasının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslər arasında şəbəkənin texniki infrastrukturunu quran və idarə edən əsas fiqurun da olduğu bildirilir.
Türkiyədə mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib
Türkiyədə genişmiqyaslı hüquq-mühafizə əməliyyatları nəticəsində mütəşəkkil cinayət şəbəkələrinə ciddi zərbə endirilib. Məlumata görə, əməliyyatlar çərçivəsində saxlanılan 83 şübhəlidən 49-u məhkəmə qərarı ilə həbs edilib, 23 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib.
Türkiyədə internet üzərindən dələduzluq edən şəbəkə çökdürülüb
Türkiyədə, saxta elanlarla vətəndaşları aldadan, internet üzərindən qumar oynadan və “investisiya məsləhətçiliyi” adı altında dələduzluq edən 34 şübhəli saxlanılıb. Yerlikaya əməliyyatların Ankara, Adana, Muğla və Edirne mərkəzli olmaqla, Mersin, Niğde, Gaziantep, Kocaeli, Bursa, İstanbul, Batman, Manisa, İzmir, Şanlıurfa, Kayseri, Diyarbakır və Denizli vilayətlərində jandarma tərəfindən həyata keçirildiyini açıqlayıb.