5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib

Türkiyədə genişmiqyaslı hüquq-mühafizə əməliyyatları nəticəsində mütəşəkkil cinayət şəbəkələrinə ciddi zərbə endirilib. Məlumata görə, əməliyyatlar çərçivəsində saxlanılan 83 şübhəlidən 49-u məhkəmə qərarı ilə həbs edilib, 23 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib.

9 Aprel 2026 16:46
Türkiyədə mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib

BAKI,VOA, Fərid Mikayılov

Türkiyədə genişmiqyaslı hüquq-mühafizə əməliyyatları nəticəsində mütəşəkkil cinayət şəbəkələrinə ciddi zərbə endirilib.

VOA xəbər verir ki, Jandarma Komandanlığı koordinasiyasında 12 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar zamanı 14 ayrı mütəşəkkil cinayət qrupu ifşa olunub.

Məlumata görə, əməliyyatlar çərçivəsində saxlanılan 83 şübhəlidən 49-u məhkəmə qərarı ilə həbs edilib, 23 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı şəbəkə üzvlərinin bank hesablarında ümumilikdə 4 milyard lirədən artıq maliyyə dövriyyəsi müəyyən olunub.

Qeyd olunub ki, əməliyyatlar Türkiyə ərazisində bir sıra vilayətləri əhatə edib və müxtəlif cinayət növləri üzrə fəaliyyət göstərən qruplar zərərsizləşdirilib.

Məlumata əsasən, şübhəlilərin bəzi bölgələrdə miqrant qaçaqmalçılığı, digər bölgələrdə narkotik dövriyyəsi, dələduzluq, sənəd saxtalaşdırılması, silah qaçaqmalçılığı və sələmçilik kimi cinayətlərlə məşğul olduqları müəyyən edilib.

Rəsmi açıqlamada qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Məqalədə: #Türkiyə #mütəşəkkil cinayətkar #Mütəşəkkil cinayət qrupu #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar #Jandarma Komandanlığı əməliyyatı #Türkiyədə mütəşəkkil cinayət dəstələri

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.