6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Trampla görüşü təsdiqlədi - NATO Zirvəsində ikitərəfli danışıqlar gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirə biləcəyini açıqlayıb. Prezident Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən NATO Zirvəsi çərçivəsində Trampla təkbətək görüşün mümkünlüyünə münasibət bildirib.

24 İyun 2026 16:21
Ərdoğan Trampla görüşü təsdiqlədi - NATO Zirvəsində ikitərəfli danışıqlar gözlənilir

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirə biləcəyini açıqlayıb.

Prezident Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən NATO Zirvəsi çərçivəsində Trampla təkbətək görüşün mümkünlüyünə münasibət bildirib.

“Ankaradakı zirvədə Tramp ilə təkbətək görüşəcəksinizmi?” sualına cavab olaraq Türkiyə lideri “Böyük ehtimalla olacaq” deyə bildirib.

Ərdoğanın açıqlaması Ankara ilə Vaşinqton arasında son dövrlərdə regional təhlükəsizlik, müdafiə əməkdaşlığı, Yaxın Şərqdəki proseslər və NATO daxilində koordinasiya məsələlərinin aktuallığını qoruduğu bir vaxta təsadüf edir.

Prezident çıxışı zamanı “Terrorsuz Türkiyə” təşəbbüsü ilə bağlı da danışıb. O bildirib ki, bu istiqamətdə nəzərdə tutulan qanunvericilik dəyişikliklərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsi üçün işlər davam etdirilir.

“Hazırlaya bildiyimiz bütün hüquqi tənzimləmələri vaxtında həyata keçirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Bu arada ABŞ Prezidenti Donald Tramp da bir neçə gün əvvəl Türkiyəyə səfər edəcəyini açıqlamışdı. O, NATO Zirvəsində iştirak etmək niyyətində olduğunu bildirərək, yaxın dövrdə Türkiyəyə, daha sonra isə Çinə səfər etməyi planlaşdırdığını qeyd etmişdi.

Tramp açıqlamasında “Türkiyəyə gedəcəyəm, həmçinin bu il ərzində müəyyən vaxtda Çinə də səfər edəcəyəm” ifadələrini işlədib.

Beləliklə, NATO Zirvəsi çərçivəsində Ərdoğan və Tramp arasında keçirilə biləcək görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Analitiklərin fikrincə, tərəflər arasında mümkün danışıqlarda NATO-nun gələcək strategiyası, regional təhlükəsizlik məsələləri, Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, müdafiə sənayesi əməkdaşlığı və ikitərəfli münasibətlərin gündəmdə olan digər mövzularının müzakirə olunacağı gözlənilir.

Ankarada keçiriləcək NATO Zirvəsi alyansın üzv dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və qlobal çağırışlara qarşı birgə fəaliyyət mexanizmlərinin müzakirəsi baxımından son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri hesab olunur.

Məqalədə: #Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan #Ankarada keçiriləcək NATO Zirvəsi #ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş #Ankaradakı zirvədə Tramp i

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
NATO Zirvəsində protokol anı diqqət çəkdi
Türkiyə

NATO Zirvəsində protokol anı diqqət çəkdi

8 İyul 09:32

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.