8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ABŞ Türkiyəyə reaktiv mühərrik satışı üçün Konqresə müraciət etdi

ABŞ administrasiyası Türkiyəyə təxminən 700 milyon ABŞ dolları dəyərində reaktiv təyyarə mühərriklərinin satışına dair rəsmi bildirişi ABŞ Konqresinə təqdim edib. Bu addım Vaşinqton və Ankara arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi istiqamətində atılan mühüm mərhələ kimi qiymətləndirilir.

26 İyun 2026 09:41
ABŞ Türkiyəyə reaktiv mühərrik satışı üçün Konqresə müraciət etdi

BAKI,VOA Orxan Qədirzadə

ABŞ administrasiyası Türkiyəyə təxminən 700 milyon ABŞ dolları dəyərində reaktiv təyyarə mühərriklərinin satışına dair rəsmi bildirişi ABŞ Konqresinə təqdim edib. Bu addım Vaşinqton və Ankara arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi istiqamətində atılan mühüm mərhələ kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ Dövlət Departamenti reaktiv mühərriklərin Türkiyəyə mümkün satışı ilə bağlı rəsmi proseduru başladaraq Konqresə müvafiq bildiriş göndərib.

Qeyd olunur ki, qərar iyulun 7-8-də Ankarada keçiriləcək NATO liderlərinin 36-cı sammiti ərəfəsində qəbul edilib və bu addım ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın inkişafına verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyəyə reaktiv mühərrikləri və F-35 qırıcılarının satışı ilə bağlı suala cavabında Ankara üçün müsbət qərarın verilə biləcəyini bildirmişdi.

Tramp qeyd etmişdi ki, Türkiyə NATO-nun güclü üzvlərindən biridir və onun fikrincə, Ankara ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sevindirəcək addım atılması mümkündür.

Bundan əvvəl də ABŞ administrasiyasının sözügedən satışın reallaşdırılmasında maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Son illərdə Türkiyənin 2019-cu ildə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini istismarda saxlaması ABŞ Konqresində bir sıra qanunvericilərin Ankaraya silah və hərbi avadanlıq satışına etiraz etməsinə səbəb olmuşdu.

Bununla belə, administrasiyanın Konqresə göndərdiyi son rəsmi bildiriş Türkiyəyə reaktiv mühərriklərinin mümkün satışı istiqamətində indiyədək atılmış ən konkret addımlardan biri hesab olunur.

ABŞ qanunvericiliyinə əsasən, Konqres müəyyən edilmiş müddət ərzində etiraz etmədiyi halda, satış proseduru növbəti mərhələyə keçə bilər.

Məqalədə: #Donald Tramp #ABŞ Dövlət Departamenti #Mark Rutte #reaktiv mühərriklərin Türkiyəyə mümkün satışı #Vaşinqton və Ankara arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq #700 milyon ABŞ dolları dəyərində reaktiv təyyarə mühərriklər #S400 #Ankara NATO liderlərinin 36-cı sammiti

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.